“Çin və Rusiya Avropa və Asiyada güclənməkdə davam edir”
Tarix: 10.12.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


“Vaşinqtonun başı səhiyyə sistemi ilə bağlı hazırlanan qanun layihəsi ətrafındakı mübahisələrə, İranın nüvə probleminə qarışdığı bir vaxtda, Çin və Rusiya Avropa və Asiyada güclənməkdə davam edirlər. Bu siyasət gələcək üçün Amerikanın dünya siyasətindəki yerinə və roluna ciddi təsir göstərəcək”.
Bu fikirlər "The Wall Street Journal"da çap edilən məqalədə yer alıb. Müəllif Cerald Sib yazır ki, bu gün ən intriqalı proseslər ABŞ-ın təsir dairəsindən tamamilə uzaqlaşmış kimi görünən Ukraynada yaşanır. Məqalədə vurğulanır ki, Yanukoviç Avropa ilə yaxınlaşma siyasətinə qarşı çıxıb. Moskva Kiyevə təzyiq edərək ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığın dairəsini genişləndirməyə çalışır. "The Wall Street Journal" yazır: “Rusiyanın bu cəhdləri keçmiş sovet sferasını bərpa etmək istəyi ilə bağlıdır. Bu proseslərlə eyni vaxtda Çin Şərqi-Çin dənizində böyük işlər həyata keçirməkdədir. Rəsmi Pekin həmin ərazilərdə birtərəfli şəkildə hava hücumundan müdafiə zonasına daxil olan yeni ərazilər yaradıb. Hansı ki, bu məsələ Yaponiya və Cənubi Koreyanın ciddi narazılığına səbəb olub. Bu addım mübahisəli ərazilərin Çin tərəfindən birtərəfli şəkildə öz ərazisi hesab edilməsinə yönəlib. ABŞ, Yaponiya və Cənubi Koreya Çinin bu hərəkətlərindən ciddi narazılıq ifadə ediblər. Birləşmiş Ştatlar mübahisəli adlandırılan həmin ərazilərə xəbərdarlıq etmədən təyyarələr göndərir. Çinin buna qarşı cavabı praktiki yox, daha çox simvolik xarakter daşıyır. Obama administrasiyası əsəbi vəziyyətdə olan dostlarını rahatlatmaq üçün imkan tapmaqda çətinlik çəkir. Ötən həftə ABŞ vitse-prezidenti Co Bayden Asiya səfərində olarkən müttəfiqlər Vaşinqtondan məhz bunu tələb ediblər. Müttəfiqlər ABŞ-dan Çinə qarşı aktivlik nümayiş etdirməsini tələb edirlər. Onları sakitləşdirmək istəyən Birləşmiş Ştatlar Çinə xəbərdarlıq etmədən onun hava hücumundan müdafiə zonasına B-52 bombardmançı təyyarələrini göndərib. Amma bu hərəkət Birləşmiş Ştatların daxilində heç bir dəstək qazanmadı. Sadə amerikalılar müharibədən beziblər, liberallar isə büdcəyə qənaət etmək üçün hərbi xərclərin azaldılmasını tələb edir, yeni müharibəyə qoşulmağa qarşı çıxırlar. Həyəcan təbili səsləndirməzdən əvvəl perspektiv haqqında düşünmək lazımdır. Bu addımlar çətin ki, soyuq müharibənin geri qayıtmasına səbəb olsun. Ukraynada baş verən proseslər göstərir ki, iqtisadiyyat və təhlükəsizlik sahəsində köhnə Kreml modeli yaratmaq o qədər də populyar deyil. Çinə gəldikdə isə burada kapitalizmlə maosizm arasında rəqabət gedir. Nəzərə almaq lazımdır ki, təkcə bu il Birləşmiş Ştatlarla Çin arasındakı ticarət dövriyyəsi yarım trilyon dollar təşkil edib. Aradakı bütün mübahisələrə baxmayaraq iki dövləti elə məhz bu dollarlar birləşdirir. Qərbdə iqtisadi-maliyyə böhranının baş alıb getdiyi bir vaxtda Rusiya və Çin alternativ üstünlüklərindən-dövlət kapitalizmindən məharətlə istifadə edirlər. Rusiya iqtisadi gücünü artırmaq və beynəlxalq rolunu gücləndirmək ehtirası ilə alışıb yanır. Çin də sənayesini gücləndirmək və iqtisadi gücünü artırmağa çalışır. Rusiya bu il beynəlxalq arenada söz sahibi olmaq hissini yenidən yaşadı. Qəribə olsa da bunu Rusiyaya Obama administrasiyası yaşatdı. Praktiki olaraq Obamanın dəvəti ilə Rusiya Suriya probleminin həllinə qoşularaq kimyəvi silahların məhv edilməsi istiqamətində uğurun əldə edilməsinə nail oldu. Eyni vaxtda Çin Asiyada hərbi gücünü artırmaqla məşğuldur. Deməli, gələcəkdə bizi ciddi gərginliklər gözləyir. Rusiya və Çinin ambisiyalarını balanslaşdırmaq üçün ABŞ-ın güclü olması vacibdir. Baydeni Asiya səfərində müşayiət etmiş rəsmilərdən biri bildirib ki, bu səfər 20 il öncə olsaydı cənubi koreyalı gənclər onları “Molotov kokteyli” ilə qarşılayardılar. Amma indi Koreya yarımadasındakı 28500 Amerika əsgəri ölkənin suverenliyinə təhdid hesab edilmir, əksinə Amerika-Cənubi Koreya əməkdaşlığında vacib element kimi qəbul edilir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info