ACCESS qrupu ilə Azərbaycanın ABŞ-dakı səfirliyində görüş keçirilib
Tarix: 11.12.2013 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfirliyində Amerika Yəhudi Komitəsinin gənc qanadı olan ACCESS qrupu ilə görüş keçirilib.
Görüşdə çıxış edən səfir Elin Süleymanov Azərbaycan ilə İsrail arasında mövcud əlaqələrin tarixən formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını bildirmiş, dövlətimizin beynəlxalq arenada tolerantlıq nümunəsi olduğunu deyib.
Səfir E.Süleymanov həmçinin, tarixən ölkəmizdə məskunlaşmış yəhudi icmasının cəmiyyətin həyatının bütün sahələrində fəal iştirakını xüsusi vurğulayıb, müsəlman və yəhudilərin müqəddəs dini kitablarına əsasən daha yaxın və ortaq dəyərləri bölüşdüyünü qeyd edib.
Azərbaycanın tolerantlıq nümunəsi adlandırıldığını bildirən səfir ölkə rəhbərliyi tərəfindən etnik və dini müxtəlifliyin təşviqinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında dostluq münasibətlərindən danışan diplomat komitənin icraçı direktoru Deyvid Harrisin Azərbaycan Prezidentinin Fərmanına əsasən “Dostluq” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.
ACCESS qrupunun üzvləri terrorçuluq və radikalizmin bütün formalarına qarşı davamlı mübarizədə göstərdiyi qətiyyətli mövqeyinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. Onlar Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun nümunəvi məkanı kimi formalaşmış imici haqqında Amerika ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info