Gələn il Bakıda dünya gənc alimlərinin forumu keçiriləcək
Tarix: 11.12.2013 | Saat: 17:35:00 | E-mail | Çapa göndər




Gələn il Bakıda dünya gənc alimlərinin forumu keçiriləcək. Bu barədə məlumat verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, dünya gənc alimlərinin forumunun gələn ilin may ayında təşkil olunması planlaşdırılır. Nazir müavinin sözlərinə görə, bu yay Azərbaycanda Avropa ölkələri üzrə gənc alimlərin forumu keçirilib və gələcəkdə bu tədbirlərin arealı daha da genişləndiriləcək: “İstəklərimiz çoxdur və ölkəmizin inkişafına əsaslanaraq, ölkə başçısının həyata keçirdiyi siyasətdə məhz elmin inkişafına xüsusi dəstəyi görərək bütün işlərə lazımi dəstək göstərməyə hazırıq. Bu il nazirlik tərəfindən də elm sahəsi ilə bağlı mühüm layihələr həyata keçirilib. Bunlara “İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması”, “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi və digərləri daxildir. Elmin İnkişafı Fondu tərəfindən hər il müsabiqələrin keçirilməsi, qrantlar ayrılması gənc alimlər üçün öz potensial və bacarığını nümayiş etdirmək üçün əlavə imkanlar yaradır. Biz də istəyirik ki, gənclər elmin inkişafına öz töhfələrini vermək üçün daha da həvəsli olsunlar və dünya ictimaiyyətinə öz fikrini çatdıra bilsinlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info