Sərhədlərin demarkasiyası ilə bağlı növbəti görüş Azərbaycanda keçiriləcək
Tarix: 11.12.2013 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası ilə bağlı növbəti görüş Azərbaycanda keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. O bildirib ki, sərhədlərin delimitasiyasından sonra ikinci mərhələ demarkasiya məsələsidir. Q. Məmmədov Azərbaycan prezident İlham Əliyev və Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev tərəfindən sərhədlərin delimitasiyası haqda müqavilənin imzalandığını xatırladıb: “Həm onların Dövlət Duması, həm də Azərbaycan parlamenti bu sənədləri ratifikasiya edib. Yəni biz xəritə, sənəd, kağız üzərində bu işləri gördük. İndi müvafiq sərhəd nişanları koordinatlara uyğun olaraq yerlərdə bərkidilməlidir. Bu, ən məsuliyyətli və ağır məsələdir. Rusiya tərəfinin dəvəti ilə bu yaxınlarda Moskva şəhərinə toplaşdıq. Vahid bir sistem qəbul olunub. Hazırda biz bunu öyrənirik. Diplomatik kanallarla məsələ həll olunduqdan sonra demarkasiya işlərinə başlanacaq. Bununla bağlı növbəti görüş Azərbaycanda keçiriləcək”. Gürcüstanla sərhəd məsələsinə gəlincə, Q. Məmmədov qeyd edib ki, 480 km sərhəd xəttinin 300 km-i hər iki tərəfdən razılaşdırılıb: “Ekspertlər səviyyəsində məsələ ilə bağlı görüş keçirilib, həm bizim mütəxəssislər Gürcüstanda olublar, həm də onların mütəxəssisləri Azərbaycana gəliblər. Onlar razılığa gəldikdən sonra ekspertlər səviyyəsində komissiyada məsələ qaldırılacaq və burada qərar qəbul edəcəyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info