Ə.Davudoğlunun səfərində də Qarabağ məsələsi gündəmdə olacaq
Tarix: 11.12.2013 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“Türkiyənin yeritdiyi siyasət, açıqladığı rəsmi mövqe ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan ərazilərindən qoşunların çıxarılması və ərazilərin azad olunmasından başlayır. Ona görə də bu təmaslara normal baxırıq və bəzilərinin münasibətlərin qurulmaması ilə bağlı dediyi fikirləri bölüşmürəm. Əksinə, hesab edirəm ki, danışmağa, qarşılıqlı səfərlər etməyə, ortada olan problemli məsələləri aradan qaldırmağın yolunu birgə düşünməyə və hər tərəfin mövqeyini öyrənməyə böyük ehtiyac var”. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana nəzərdə tutulan səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək bir neçə amillər var: “Bunu vasitəçilər, müşahidəçilər və analitiklər də hər zaman qeyd edirlər. Bunların arasında əhəmiyyətli yerlərdən birini Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri tutur. Əlbəttə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını hədəf kimi seçənlər bunun Azərbaycan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərindən keçdiyini hər zaman gözə almalıdırlar. Bu nəzərə alınmadığı təqdirdə istənilən layihə fiaskoya uğrayır. Bu mənada mən bu münasibətləri təsirli vasitə hesab edirəm. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin qarşıdakı 2015-ci ili hədəf götürərək normallaşmasını istəyənlər əlbəttə ki, bu amilə də təsir göstərə biləcək hərəkətləri paralel aparmalıdırlar. Belə olmadığı təqdirdə, yenə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağına az ümid edirəm”. B.Muradova qeyd edib ki, Ə.Davudoğlunun səfərində də Qarabağ məsələsi gündəmdə olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
20 Yanvar hadisələri Özbəkistanda anılıb
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info