Siyavuş Novruzov: “Ukraynadakı hadisələr Azərbaycanda təkrarlana bilməz”
Tarix: 11.12.2013 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


“Hansısa ölkədə baş verən hadisə Azərbaycanda təkrar oluna bilməz, çünki Azərbaycanda xalqla iqtidar bir yerdədir”. Bunu barədə jurnalistlərə YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın dekabrın 15-nə planlaşdırdığı mitinqə və Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlana biləcəyi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı öz prezidentin dəstəkləyir: “Xalqımız bir neçə ay öncə çox böyük səs çoxluğu ilə öz prezidentin seçib və onun siyasətini müdafiə edir. Kimsə nəyisə bəhanə etmək istəyirsə, onlar heç bir nəticə verməyəcək. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur”. S.Novruzov müxalifətlə iqtidar arasında dialoq məsələsinə toxunarkən bildirib ki, müxalifətlə dialoq var: "Yəni müxalifət bir səpkili deyil, müxalifətin müxtəlif qanadları var. Kimsə burada özünü kənara çəkib dialoqda iştirak etmir, amma parlamentdə təmsil olunan digər siyasi partiyalarla dialoq var".

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info