Gənclərlə bağlı təkliflər paketi müvafiq qurumlara təqdim edilib
Tarix: 11.12.2013 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi Azərbaycanda “Gənclər siyasəti” haqqında qanuna düzəliş edilməsi üçün təkliflər paketini müvafiq qurumlara təklif edib. Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalsitlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, Azərbaycanda gənc alimlərə sosial dəstəyin göstərilməsi istiqamətində müəyyən işlər görülür. İ.Babayev qeyd edib ki, nazirlik qanunvericilik bazasında müəyyən əlavə və düzəlişlərin edilməsi ilə bağlı təşəbbüslə çıxış edib: “Biz öz təkliflər paketimizi müvafiq qurumlara təqdim etmişik, ayrı-ayrı dövlət qurumlarda razılaşma mərhələdədir. Düşünürəm ki, növbəti ildə bu məsələyə aydınlıq gətiriləcək və bununla da əlavə addımlar atılacaq. Bizim məqsədimiz həm ipotekanın verilməsinin sadələşdirilməsi, eyni zamanda sosial ipoteka əldə etmək hüququ olan insanların kateqoriyasını artırmaqdan ibarətdir. Hazırda əsas təşəbbüs “Gənclər siyasəti” haqqında qanuna düzəliş olunması, burada gənc alim məfhumunun öz əksini tapması ilə bağlıdır”.
Onun sözlərinə görə, gənc ali yaşının 40 yaş müəyyən edilməsi təklif olunur: “Çünki 29 yaşa kimi gənc alim olmaq çətinlik yaradır. Bu yaş dövründə elmlər doktoru, elmlər namizədi olmaq bir az çətindir. Bundan əlavə, sosial ipotekada gənc alimə aid olan kateqoriyada yaş məsələsinin əks olunması nəzərdə tutulur. Gənc ailə 35 yaşa kimidir, gənclik yaş dövrü isə 29 yaşa kimi götürülür. Sosial ipotekanın verilməsində gənc alimin ayrıca qeyd olunmasını zəruri hesab edirik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Nazirlər Kabineti dil normalarının pozulmasına görə cərimələrin tətbiqi təklifini qəbul edib
23.07.2019
Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub
23.07.2019
AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək
23.07.2019
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23.07.2019
Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info