Lənkəranda Məmməd Arazın yubileyi keçirilib
Tarix: 11.12.2013 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli sərəncamına əsasən 10 dekabr 2013-cü il tarixində, Q.Vəliyev adına mədəniyyət mərkəzində görkəmli şairin yubileyi ilə bağlı “Vətəndaş şair-Vətən şairi Məmməd Araz” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə mədəniyyət mərkəzinin dərnək üzvləri və klub müəssisələrinin rəhbərləri iştirak ediblər. Tədbir çərçivəsində Məmməd Araza həsr olunmuş MKS-in uşaq kitabxana filialının hazırladığı “Araz həsrətli şair” adlı foto stendə və kitab sərgisinə baxış keçirilib. Mədəniyyət mərkəzinin direktoru, AYB üzvü Hafiz Mirzə çıxış edərək Məmməd Arazın ən çətin dövrlərdə xalqına, vətəninə sədaqət göstərməsi barəsində faktlardan, şairin poeziyasında milli ruhun vətənə məhəbbətin verilməsindən danışıb, şairin ruhuna rəhmət diləyib. Mədəniyyət mərkəzinin “Vaqif” bədii qiraət dərnəyinin üzvləri Nurlan Quluzadə, Elvin Abdullayev, Jalə Bayramova, Fatimə Mirzəzadə, Saleh Əzimov və Leyla Zülfüqarovanın iştirakı ilə Məmməd Arazın şeirlərindən ibarət kompozisiya təqdim olunub. AYB üzvü, şair Ağamir Cavad Məmməd Araz poeziyası barədə geniş təhlillər aparıb, onun Azərbaycan ədəbiyyatında tutduğu mühüm yeri, yazdığı vətənpərvərlik şeirlərinin milli-azadlıq hərəkatı zamanı oynadığı rolunu xüsusi vurğulayıb. Tədbir zamanı müğənni Murad Ağayev Məmməd Arazın sözlərinə yazılmış mahnılar ifa edib.
Günəş






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info