Xüsusi qayğıya ehtiyacı olan gənclərin rəsm sərgisi keçirilib
Tarix: 11.12.2013 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “Xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası” layihəsi çərcivəsində tədbir keçirildi. Tədbirdə Odlar Yurdu Universitetinin prorektoru, professor Samir Vəliyev, Aparat rəhbəri Heydər Qəmbərov, prorektor Salam Əliyev, prorektor Vüqar Sahilzadə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, kor və zəif görənlər ucun 5 nömrəli respublika internat məktəbinin yuxarı sinif şagirdləri və müəllimləri, Nərimanov rayonu Əlillər cəmiyyətinin üzvləri, 219 saylı evdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak etdilər.
Layihə rəhbəri Sitarə Əliyeva çıxış edərək bildirdi ki, layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiya etmələrini və sosiallaşmalarını təmin etməklə onların cəmiyyətin fəal və aktiv gənclər kimi fəaliyyət göstərmələrini təşkil etməkdir. Çünki onlar da, cəmiyyətin bir parçasıdır və onların da cəmiyyətdə baş verən dəyişikliklərdə rolları və reaksiyaları çox önəmlidir. Layihənin psixoloqu Samirə Vəliyeva bildirdi ki, bəzi risklərin qarşısını alınmaq üçün layihənin başlanğıcında layihədə iştirak edən gənclərə psixoloji təlimlər keçərək xüsusi qayğıya ehtiyacı olan gənclərə düzgün yanaşma, düzgün münasibət qurmaq öyrədilib. Xüsusi qayğıya ehtiyacı olan gənclər arasında sorğular keçirilərək onların arasında istedadı olanlar aşkar edilib, onların arasından aşkar edilmiş istedadlı gənclərin rəsm sərgisi, müsiqi nömrələri nümayiş olunub. Layihə çərçivəsində ən fəal iştirak edən xüsusi qayğıya ehtiyacı olan gənclər sertifikat və hədiyyə ilə mükafatlandırıldı.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info