Ordubadinin xatirə muzeyində tədbir
Tarix: 11.12.2013 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


M.S.Ordubadinin xatirə muzeyində ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş “Böyük şəxsiyyət, əbədi lider” adlı tədbir keçirilib.
Tədbir Dövlət Din tarixi muzeyi, Nizami rayon MKS-nin 1 saylı filialı, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə birgə keçirilib. Mərkəzin dərnək rəhbərləri Sevda Qasımova və Nurtən Behbudova iştirakçılar sıralarında idilər. Tədbiri M.S.Ordubadinin xatirə muzeyinin elmi işçisi İ.Vəliyeva açaraq, sözü muzeyin bələdçisi N.Baxşıyevaya verdi. N.Baxşıyeva “Vətənə, xalqa, həsr edilən ömür” adlı məruzə ilə gələn qonaqların qarşısında çıxış etdi. Tədbirdə Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri, 27 saylı orta məktəbin 4-cü və 8-ci sinif şagirdləri, 86 saylı orta məktəbin şagirdləri ümummilli liderə həsr olunmuş şerlərlə çıxış etdilər. Digər çıxışçılar arasında Dövlət Din Tarixi muzeyinin direktoru Münəvvər Babayeva öz növbəsində tədbir ilə bağlı öz ürək sözlərini söylədi. Tədbirə gələn qonaqlar arasında Bülbülün və N.Nərimanovun ev muzeylərinin əməkdaşları, “Mədəniyyət,” “Palitra” və “Vətəndaş həmrəyliyi” qəzetlərinin müxbirləri var idi. Sonda M.S.Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Daha sonra qonaqlar muzeydə təşkil olunmuş H.Əliyev guşəsilə tanış oldular və xatirə şəkilləri çəkdirdilər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info