Almaniya, Danimarka və Finlandiya yardım alacaq
Tarix: 11.12.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Almaniya, Danimarka və Finlandiya işsizliyə qarşı mübarizə üçün 18,4 milyon avro məbləğində maliyyə yardımı alacaqlar.
Bu barədə qərar Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında qəbul edilib. Həmin vəsait Avropa Qloballaşmaya Adaptasiya Fondundan ayrılacaq. Parlamentarilərin sözlərinə görə, bu yardım sayəsində həmin dövlətlərin hakimiyyət orqanları Avropada qloballaşma və iqtisadi nizamsızlıqlar nəticəsində işsiz qalmış 5 mindən çox insan üçün iş yeri yarada biləcəklər. Söhbət, o cümlədən, Danimarkanın küləklə işləyən elektrik stansiyaları istehsal edən “Vestas group” şirkətinin rəhbərliyi tərəfindən işdən azad edilmiş 600-dən çox fəhlədən gedir. Onların işdən çıxarılmasına səbəb bu elektrik stansiyalarına tələbatın azalması və çinlilər tərəfindən rəqabətin artmasıdır. Danimarka sakinləri 6,3 milyon avro məbləğində maliyyə yardımı almalıdırlar. Bəyənilmiş direktivə əsasən, mobil telefonlar istehsalı sahəsində vaxtilə dünyada lider olmuş Finlandiyanın “Nokia” şirkəti həmin fonddan 9,8 milyon avro yardım ala biləcək. Bu istehsalçının məhsullarının satışı azalandan sonra o, vəsaitə qənaət məqsədilə istehsal və yığma obyektlərini Asiya ölkələrinə köçürməyə və 4500-dən çox işçini ixtisar etməyə məcbur olub. Avropa Parlamentinin deputatları Almaniyanın “First Solar Manufacturing” şirkətinə 2,3 milyon avro məbləğində maliyyə yardımı ayrılmasına da icazə veriblər. Günəş enerjisi alınması üçün avadanlıqlar istehsalı üzrə ixtisasın bu şirkətin məhsulların qiymətinin kəskin düşməsi nəticəsində 2012-ci ildə belə şirkət iki zavodunu bağlamağa və təxminən 960 nəfəri işdən azad etməyə məcbur olub. Avropa Qloballaşmaya Adaptasiya Fondunun həcmi hazırda 500 milyon avroya bərabərdir. Hər il genişlənməkdə olan bu fond 2006-cı ildə fərdi sifarişlər üzrə işləyən və bazarın qloballaşması şəraitində transmilli korporasiyalarla rəqabət mübarizəsində məğlub olmuş şirkətlərə kömək məqsədilə yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info