Yeni neft-kimya kompleksinin inşası üçün torpaq sahəsi ayrılıb
Tarix: 11.12.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda Neft-qaz emalı və neft-kimya Kompleksinin (NQNK) inşa ediləcəyi ərazidə mövcud infrastrukturun köçürülməsi məqsədilə işlərə başlanılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, ARDNŞ-in yeni inşa edəcəyi NQNK üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında Nazirlər Kabinetinə edilmiş müraciətə müsbət cavab verilib. Bu məqsədlə Bakı şəhər və Abşeron Rayon İcra hakimiyyətlərinin müvafiq sərəncamları əsasında Qaradağ və Abşeron rayonlarının həmsərhəd ərazisində, Səngəçal terminalının yaxınlığında 4 200 hektara yaxın torpaq sahəsi ayrılıb. Həmin ərazidə mövcud olan infrastrukturun köçürülməsi məqsədilə müvafiq qurumlarla danışıqlara başlanılıb. Qeyd olunan ərazidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus rabitə xətləri, «Azərsu» ASC-yə məxsus su xətti, «Azəriqaz» İB-yə məxsus qaz xətti, «Azərenerji» ASC-yə və «Bakıelektrikşəbəkə» ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçdiyi nəzərə alınaraq, bunların köçürülməsi ilə əlaqədar aidiyyəti təşkilatlarla birlikdə layihələndirmə işləri həyata keçirilir. Layihələndirmə işləri yekunlaşdıqdan sonra müvafiq tikinti təşkilatları cəlb ediləcək və həmin xətlərin köçürülməsi işlərinə başlanacaq.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info