“Şuşa qrantı” müsabiqəsində qalib layihələrin nəşrləri Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq
Tarix: 11.12.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Prezident yanında Elmin İnkişafı Fondunun 2013-cü ildə keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi və 2-ci “Şuşa qrantı” birgə müsabiqəsi çərçivəsində qalib olmuş layihə rəhbərləri ilə təqdimat xarakterli ənənəvi görüş keçirildi.
Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babyev bildirdi ki, 2-ci “Şuşa qrantı” müsabiqəsi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə 10 may tarixində elan edilərək keçirilib. Onun sözlərinə görə, müsabiqənin məqsədi Qarabağın tarixinin, qeyri-maddi və maddi-mədəni irsinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla tədqiq olunmasının dəstəklənməsidir. Müsabiqə nəticəsində 10 qalib müəyyənləşdirilib və qalib layihələrin maliyyələşdirilməsi üçün Elmin İnkişafı Fondu tərəfindən 30000 manat həcmində qrant ayrılıb. Qalib layihələr AMEA-nın bir sıra institut və təşkilatlarında, ali təhsil müəssisələrində, həmçinin digər dövlət və qeyri-dövlət qurumlarında yerinə yetiriləcək. Bütün layihələr yerinə yetirildikdən sonra hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulub və bu nəşrlərdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində istifadə olunacaq”. E.Babayev qeyd etdi ki, 2013-cü ildə elan olunaraq həyata keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsində 25 qalib layihə müəyyənləşib və bunların yerinə yetirilməsi üçün 50000 manat məbləğində vəsait ayrılıb. Qalib layihələrdən 20-si fundamental tətbiqi xarakterlidir, 3-ü isə müasir cihaz və avadanlıqların təminatını nəzərdə tutur. 2 layihə üzrə Azərbaycanda beynəlxalq konfrans təşkil olunacaq.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 1-ci katibi Günay Əfəndiyeva bu mövzulu layihələrin həyata keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirdi. Onun sözlərinə görə, belə tipli layihələrin həyata keçirilməsi Dağlıq Qarabağın təhlükə altında olan maddi-mənəvi irsinin qorunması, humanizm, sülh ideyalarının təbliği baxımından olduqca vacibdir. G. Əfəndiyeva qeyd etdi ki, dövlət tərəfindən də həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm işlər görülür və bu istiqamətdə aparılan siyasət özünü dünyada doğruldub.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Elmin İnkişafı Fondu ilə “I Şuşa qrantı” layihəsi üzrə əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, bu gün cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada yeni innovativ fikirlər, yanaşmalar var: “Onların hər birini bizim mübarizəyə bir dəstək addımı kimi qiymətləndiririk. Hər bir həyata keçirilən layihə qələbə gününü bizə yaxınlaşdırır. Biz Elmin İnkişafı Fondu və bu istiqamətdə müxtəlif işlər həyata keçirən təşkilatlara olan dəstəyimizi əsirgəməyəcəyik”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev elmlə bağlı bir neçə layihənin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, gənclərin elmə yönəlməsini stimullaşdırmaq üçün Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edilir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.

Bayram Səfərov:
“İşğal altında olan bütün torpaqlar
azad olunacaq”

Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov isə bu müsabiqənin əhəmiyyətli olduğunu bildirdi: “Hər torpağın öz yiyəsi var. Bu məsələdə Azərbaycanın tutduğu mövqe və tələb hamıya məlumdur”. B. Səfərov qeyd etdi ki, ermənilər Şuşa, Laçın və işğal altında olan digər Azərbaycan torpaqlarının onların yaşayış məskəni olmadığını anlamalıdırlar: “Bu torpaqla Azərbaycanın qədim və doğma torpağıdır. Orada yaşayan ermənilər ancaq Azərbaycanın icazəsi olandan sonra bu ərazilərdə yaşamağa davam edə bilər. Azərbaycanda azsaylı xalqlar çoxdur və onlar bizimlə bərabər dost və qardaş münasibətləri şəraitində yaşayırlar. Ermənilərdən başqa, digər azsaylı xalqların Azərbaycandan incikliyi yoxdur. Ermənilər bu vəziyyətdən ibrət götürüb səhvlərin başa düşsünlər ki, onlar orada yaşamalı deyillər”. Azərbaycanın işğal altında olan bəzi rayonlarının boşaldılacağı barədə müzakirələr aparılması barədə məlumatlara münasibət bildirən B.Səfərov qeyd etdi ki, ümumiyyətlə, istər sülh yolu ilə, istərsə də müharibə yolu ilə işğal altında olan bütün torpaqlar geri qaytarılacaq və təcavüzə son qoyulacaq.
Daha sonra tədbirdə millət vəkilləri Bəxtiyar Əliyev, Musa Qasımlı və digərləri çıxış edərək fikirlərini bildiriblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info