“Azərbaycan, Gürcüstan və Türkiyə regional əhəmiyyətli güclü enerji dəhlizi yaradırlar”
Tarix: 11.12.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Gürcüstan və Türkiyəni birləşdirəcək elektrikötürücü xəttin (EÖX) tikintisi regionda ən irimiqyaslı enerji layihələrindən biridir”.
Bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze "Axaltsixe" yarımstansiyasının açılış mərasimində deyib: "Biz bu gün regionda çoxillik sıx əməkdaşlığın nəticəsi olan ən irimiqyaslı və mühüm enerji layihələrindən birinin başa çatmasını qeyd edirik. Biz türkiyəli və azərbaycanlı tərəfdaşlarımızla birlikdə regional əhəmiyyətli güclü, sabit enerji dəhlizinin yaradılmasını təmin edən belə iri infrastruktur layihəsini həyata keçirə bilmişik". Onun sözlərinə görə, Axaltsixedə yüksək texnologiyalı yarımstansiya və EÖX-ün inşası nəticəsində neft və qazla yanaşı, Avropa bazarlarına elektrik enerjisinin nəqli mümkün olub: "Bizim vəzifəmiz Gürcüstanın enerji sisteminin ölkənin və regionun inkişafında aparıcı rol oynayab". Elektrikötürücü xəttin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycanın energetika naziri Natiq Əliyev, habelə Gürcüstan Nazirlər Kabinetinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə, həmçinin Gürcüstanın enerji sektoruna sərmayələrin yatırılmasında maraqlı olan Türkiyədən 15 iş adamı iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info