Səudiyyə Ərəbistanı Sumqayıt Texnologiyalar Parkına investisiya yatıra bilər
Tarix: 11.12.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif Əhməd əl-Osman və Şahzadə Saud bin Xalid əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti «Bakı Ağ Şəhər»in ofis binasına gələrək, «Ağ Şəhər» layihəsi ilə tanış olublar. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, «Ağ Şəhər» layihəsinin direktoru Ruslan Sadıxov nümayəndə heyətinə layihə barədə ətraflı məlumat verib.
O, layihənin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən olduğunu qonaqların diqqətinə çatdırıb. Bildirib ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaq: «Burada inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq. «Bakı Ağ Şəhər»də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaq». Təqdim olunan digər investisiya layihələri nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanıb. Görüş zamanı «Ağ Şəhər» layihəsinə investisiya qoyulması perspektivləri müzakirə edilib, qonaqlar tərəfindən bu layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şərait yüksək qiymətləndirilib.
Nümayəndə heyətində təmsil olunan iş adamları Sumqayıt Texnologiyalar Parkında (STP) olub. Onlara STP-də həyata keçirilən layihələr haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qısa müddətdə 250 hektarlıq ərazidə bütün Cənubi Qafqazda analoqu olmayan müasir texnopark yaradılıb. Burada artıq 17 zavod fəaliyyət göstərir. Qeyd edilib ki, gələcəkdə burada ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaq. Nümayəndə heyəti daha sonra STP-də zavodları gəzərək onların işi ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info