Qazaxıstan öz məhsullarını Bakı-Tiflis-Qars dəmiryolu ilə nəql edəcək
Tarix: 11.12.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə Qazaxıstanın neft və qaz nazirinin müavini Maqzum Mirzaqaliyev arasında görüş
keçirilib.

Şirkətdən verilən məlumata görə, ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov Azərbaycanın neft sənayesinin tarixi, eləcə də son illərdə ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyət daşıyan layihələr haqqında ətraflı məlumat verərək, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Qazaxıstanın “Kazmunayqaz” şirkəti ilə əlaqələrdən söz açıb. M.Mirzaqaliyev isə Azərbaycanın iqtisadi inkişaf tempi baxımından mühüm nailiyyətlər qazandığını söyləyərək, ölkədə həyata keçirilən neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətini yüksək qiymətləndirib. Nazir müavini ölkəsində həyata keçirilən neft-qaz layihələrinin perspektivlərindən bəhs edib, “TengizChevroil” şirkətinin hasil etdiyi neftin nəqlini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə həyata keçirmək arzusunda olduğunu bildirib. Nazir müavini həmçinin son illərdə Azərbaycanda gerçəkləşdirilən qazlaşdırma siyasətinin Qazaxıstanda böyük maraq doğurduğunu və bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını qeyd edib. Qeyd edək ki, Qazaxıstanın Müstəqillik Gününə həsr olunmuş mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev deyib ki, Qazaxıstan və Azərbaycanı regional və beynəlxalq xarakterli məsələlər üzrə yaxınlıq fərqləndirir. O bildirib ki, iki ölkə rəhbərliyi Dağlıq Qarabağ, Əfqanıstan və digər problemlər üzrə ümumi baxışlara malikdir. O, gələn il Bakı-Tiflis-Qars dəmiryolunun açılacağını xatırladıb və Qazaxıstanın öz məhsullarının bu marşrut üzrə nəqlində maraqlı olduğunu vurğulayıb: “Azərbaycan şirkəti Aktau limanında soyuducu sistemlərlə təchiz olunmuş logistik mərkəz inşa etməyi planlaşdırır. Bunun sayəsində il boyu meyvə-tərəvəz məhsulları göndərmək mümkün olacaq”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info