Ağsuda ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib
Tarix: 12.12.2013 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Ağsuda müasir demokratik Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi ehtiramla anlıb.
Dekabrın 12-də səhər saatlarında insanlar dəstə-dəstə şəhərin mərkəzindəki Heydər parkına gəlir, Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək qoyur, xalqımızın dahi oğlunun ruhuna ehtiramlarını bildirirdilər.
Həmin gün Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində ziyalıların, ağsaqqalların, gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dəyirmi masada çıxış edənlər ötən əsrin 90-cı illərində erməni təcavüzünə məruz qalan, vətəndaş müharibəsi həddində olan Azərbaycanı xilas edərək müstəqillik yoluna çıxarmaq, gələcək güclü dövlətin möhkəm bünövrəsini qoymaq kimi böyük bir tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan bu dahi şəxsiyyətin misilsiz xidmətlərindən bəhs ediblər. Natiqlər ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğulayıblar. Qeyd olunub ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir.
Dəyirmi masada ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha işıqlı gələcəyə doğru inamla irəlilədiyi minnətdarlıq hissi ilə qeyd olunub.
Tədbir iştirakçılarından Səlim Allahverdiyev, Sehrayə Hümbətova və başqaları xalqımızın böyük oğlu Heydər Əliyevin Ağsu rayonuna səfərləri, sakinlərlə tarixi görüşləri ilə bağlı xatirələrindən danışıblar.
Həmin gün şəhərin bir neçə yerində Ümummilli Liderimizin xatirəsinə ehsan verilib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info