Azərbaycanlı ekspert II Frankfurt illik qaz forumunda məruzə ilə çıxış etdib
Tarix: 12.12.2013 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmirə Rzayeva Frankfurt-Maynda keçirilən II illik qaz forumunda “Avropa qaz bazarının inkişafı və Azərbaycan qazının ehtimal edilən marketinqi” mövzusunda məruzə ilə çıxış edib.
G.Rzayeva öz çıxışında deyib: “Avropa təbii qaz bazarında sürətli dəyişikliklər baş verməkdədir. 2020-ci ilə qədər burada qaza tələbat zəif olacaq. 2020-ci ildə Şahdəniz yatağından hasil edilən qaz Avropaya daxil olandan sonra qaza tələbat yenidən canlanacaq. Bundan əlavə, “Qazprom” şirkətinin uzunmüddətli müqavilələrinin üçdə iki hissəsinin qüvvədə olma müddəti 2020-2022-ci ilədək bitəcək və həmin ölkələr ya qaz idxal mənbələrini dəyişəcək, ya da “Qazprom” ilə müqavilələrin müddətini uzadacaqlar. Lakin 2016-cı ildən etibarən Avropa bazarına böyük həcmdə maye qazın daxil olması qazın qiymətinin formalaşmasına ciddi təsir göstərəcək. Şahdəniz konsorsiumu bu dəyişiklikləri nəzərə almalı və ARDNŞ Azərbaycan qazının Avropaya ən optimal və iqtisadi baxımdan əlverişli yolla ixracının iki mümkün ssenarisi üzərində düşünməlidir. Bu halda hər bir yataqdan qaz satışı digər tərəfdaşlarla birgə həyata keçirilə bilər, yaxud qaz portfeli yaradılaraq bütün Azərbaycan qazı bir şirkət tərəfindən satıla bilər”.
Forum öz işini davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifə üzrə işə qəbul elan edib
14.11.2018
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
14.11.2018
Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub
14.11.2018
“AzerGold” QSC qızıl hasilatını artırıb
14.11.2018
Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info