Azərbaycan və Yaponiya QHT-ləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Tarix: 12.12.2013 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Yaponiya səfirliyinin birinci müşaviri, iqtisadiyyat departamentinin rəhbəri Takao İmanisi və səfirliyin “Ot kökü” proqramının əlaqələndiricisi Fumiye Suqiyama ilə görüş keçirilib.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyəti, milli və xarici QHT-lər üçün həyata keçirilən maliyyə müsabiqəsi haqqında qonaqlara ətraflı məlumat verib. O, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına diqqəti cəlb edərək Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Azay Quliyev Yaponiya ilə Azərbaycan arasında sosial məsələlərlə bağlı birgə qrant müsabiqələrinin təşkili, ölkəmizdə beynəlxalq QHT-tədris məktəbinin təsisi, regionlarda QHT-lərin inkişafına dəstək məqsədi ilə yeni resurs və təlim mərkəzlərinin yaradılmasına dair təkliflərini səsləndirib.
Şura sədri Yaponiyanın ölkəmizdə təmənnasız olaraq həyata keçirdiyi iqtisadi, humanitar layihələrə görə qonağa minnətdarlığını bildirib.
Takao İmanisi Yaponiyanın QHT sektoru haqqında məlumat verib. O, Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyinin QHT-lərlə iş təcrübəsinə malik olduğunu bildirərək Şura sədrinin irəli sürdüyü təklifləri müzakirə edəcəklərini diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin deputatı, “Lider Qadınlar” İctimai Birliyinin sədri Məlahət İbrahimqızı da iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info