Müasir təmizləyici qurğuların mühafizəsinə xüsusi diqqət yetirilir
Tarix: 12.12.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) tullantıların emalı və təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi və müasir tipli qurğularla texniki parkın genişləndirilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir.
QSC-dən bildiriblər ki, hazırda xidmət sahələrində İsveçrənin “Alfa-Laval” şirkətinin istehsalı olan modul dekantor və İtaliyanın “Pieralisi” şirkətinin modul trikantor qurğuları müvəffəqiyyətlə istismar edilir. Ötən müddətdə QSC-nin texniki parkına dekantor qurğusundan çıxan maye qarışığını üç fazaya - neft məhsulu, su və mexaniki qarışığa ayıran, İsveçrənin “Alfa-Laval” şirkətinin istehsalı olan yeni FOX-15 separator qurğusu da əlavə edilib. Yeni separator qurğusunun yağışdan və Günəş şüalarından qorunması, eləcə də istismar şəraitinin yaxşılaşdırılması məqsədi ilə qurğunun üzərində çardağın quraşdırılmasına başlanılmışdır. Çardaq quraşdırıldıqdan sonra qurğunun qısa müddətdə istismara verilməsi nəzərdə tutulub. QSC-də istismarda olan bütün qurğulara müntəzəm olaraq profilaktiki texniki xidmətlərin göstərilməsinə, ətraf təsirlərdən mühafizəsinə və istismar müddətinin artırılmasına xüsusi diqqət yetirilir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info