“Alov qüllələri” İçərişəhərin panoramını tamamlayır”
Tarix: 12.12.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Bakıya səfər edən müəllif yazısında öz təəssüratlarını oxucularla bölüşür. Paytaxta xüsusi gözəllik verən “Alov qüllələri” kompleksinin təsviri ilə başlanan məqalədə bu kompleksdə yenicə istifadəyə verilən “Fairmont Baku” oteli haqqında ətraflı söhbət açılıb.
Otelin həm dizayn, həm də texniki cəhətdən ən yüksək səviyyədə tikildiyi qeyd olunan məqalədə müəllif onun texniki məqamlarını açıqlayır: hotel binasının fasadı 70 min kvadratmetr sahədə şüşə ilə örtülüb, inşası zamanı 1500 ton metal və 235 min kubmetr beton sərf edilib.Təəssürat dolu dizaynı ilə diqqət çəkən otelin 36 mərtəbədən ibarət olduğu vurğulanaraq, otaqlarının sahəsi ən azı 50 kvadratmetr təşkil edən 318 lüks nömrənin, mərmərlə işlənmiş vanna otaqlarının xüsusi memarlıq üslubu qeyd olunub. Bildirilib ki, gecə şəhər gəzintisinə çıxanlar Bakının istənilən yerindən kompleksin işıq şousunu müşahidə edə bilərlər. Lazer effekti ilə yaradılan bu şou olduqca maraqlıdır. Müəllif bildirir ki, otelin yerləşdiyi “Alov qüllələri” adlı binalar kompleksi ölkənin “Odlar diyarı” kimi izah edilən adına müvafiq olaraq ucaldılıb. Bakı şəhərinin simvoluna çevrilən bu tikili artıq təyyarədən qonaqların diqqətini cəlb edir. Vurğulanır ki, “Alov qüllələri” UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş tarixi İçərişəhərin panoramını tamamlayır.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info