Sahibkarlara yardım göstəriləcək
Tarix: 12.12.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Azərbaycanda camışçılığın inkişaf etdirilməsi ilə bağlı rayonlarda geniş təbliğat işlərinə başlanılıb. Eyni zamanda, gələn il Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında camışçılıq sahəsinin inkişaf etdirilməsi məsələsi xüsusi olaraq müzakirə ediləcək.
Bu barədə nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib. Ç.Fərəcovun sözlərinə görə, bu işə məsul olan şöbə qeyd edilənlərlə kifayətlənməyəcək: “Biz həm Kənd Təsərrüfatı Nazirliyi, həm də Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyinə problemlə bağlı müraciət edərək, camışçılığın inkişaf etdirilməsi ilə bağlı sahibkarlara yardımın göstərilməsini təklif edəcəyik”. Bundan başqa, şöbə müdiri damazlıq-seleksiya işlərini həyata keçirmək üçün FAO-ya müraciətin planlaşdırıldığını bildirib. Ç.Fərəcov qeyd edib ki, beynəlxalq təşkilatdan camışçılığın inkişafı üçün xüsusi layihənin təqdim edilməsi xahiş olunacaq: “Həmçinin, qabaqcıl təcrübə məktəbi olacaq pilot bir təsərrüfat yaradacağıq. İnsanların bu sahəyə meylinin artmasına çalışacağıq. Hazırda bu məsələ üzərində iş gedir”.
Qeyd edək ki, camış az süd verdiyi üçün bu heyvanlara Azərbaycanda maraq azalıb. Lakin müqayisə üçün bildirək ki, 1 kq yağın alınması üçün 22 kq inək südü tələb olunursa, eyni həcmdə yağ üçün 8 kq camış südü lazımdır. Həmçinin, bu heyvanlar yemə az tələbatlıdır, xəstəliyə və isti hava şəraitinə dözümlüdür. Hazırda Azərbaycanda 265 min baş camış var, lakin ötən ilin analoji dövründə bu heyvanların sayı 400 mindən artıq olub. Yəni, son bir ildə azalma təxminən 34% təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info