Telefon danışığını dilimizdən ingilis və rus dilinə çevirən sistem istifadəyə verilib
Tarix: 12.12.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Əbülfət Fətullayev: “Proqram “Android” bazasında işləyən smartfonlara yüklənə bilər”

Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə , eləcə də əksinə tərcümə edən proqram istifadəyə verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində yaradılmış “Dilmanc” mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür.
“Dilmanc” layihəsinin Proqramçılar qrupunun rəhbəri Rauf Fətullayev bildirib ki, proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilib. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. “Dilmanc Conversation” - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir”. “Dilmanc Conversation” layihəsinin rəhbəri Əbülfət Fətullayevin bildirdiyinə görə, proqram tamamilə ödənişsiz yayılır və “GooglePlayStore”da “Dilmanc Translator” axtarmaqla “Android” bazasında işləyən smartfonlara yüklənə bilər: “Gələcəkdə proqram digər mobil platformalar üçün də hazırlanacaq. Bundan əlavə, layihədə böyük mətnləri Azərbaycan dilindən rus və ingilis dillərinə və əksinə əvvəlkindən daha yüksək keyfiyyətlə tərcümə edən internet saytının yaradılması üzərində də işlər gedir”. Qeyd edək ki, bir neçə ay əvvəl layihə çərçivəsində şifahi nitqi mətnə çevirən sistem istifadəyə verilmişdi. “Dilmanc İmla” adlanan bu sistemlə keyfiyyətli mikrofondan istifadə edildikdə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli mətn daxil etmək mümkündür. Bu proqram da pulsuz olaraq “dilmanc.az” saytından yüklənə bilər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan türkcəsindən digər dillərə tərcümə və əks prosesin avtomatlaşdırılması məsələsinin ilk təşəbbüskarıdır. Eləcə də, telefon danışığının avtomatik tərcümə sistemi ideyası da ilk dəfə Azərbaycan tərəfindən verilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info