İran prezidenti Rusiyanın xarici işlər naziri ilə görüşüb
Tarix: 13.12.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub.
H. Ruhani bildirib ki, İranın Rusiya ilə münasibətlərində əsas hədəf bu ölkə ilə strateji və çox yaxın əlaqələr qurmaqdır: “İran hazırda Rusiya ilə uzunmüddətli və geniş əməkdaşlığı özündə ehtiva edən razılaşmaya hazırdır. Bu razılaşma ikitərəfli əlaqələr, regional və qlobal məsələləri əhatə edəcək”. Prezident İranla “altılıq” ölkələri arasında Cenevrədə nüvə məsələsində əldə olunmuş razılaşmaya da toxunub: “İranın Nüvə silahlarının istehsalının və yayılmasının qarşısının alınması müqaviləsinin (NPT) üzvü olaraq əvvəldən nüvə mövzusunda hər cür ayrı-seçkiliyə qarşı olub. Biz bununla yanaşı, NPT üzvü olan hər bir ölkənin də uranın zənginləşdirilməsi haqqına sahib olduğunu bəyan etmişik. İranın nüvə fəaliyyəti dincməqsədlidir və belə də qalacaq”. H. Ruhani Cenevrə razılaşmasının İranın uranı zənginləşdirmək hüququnun rəsmən tanınması mənasına gəldiyini də deyib: “Bəzi ölkələr bunu fərqli şəkildə şərh etməyə çalışsa, şübhəsiz, bu, nüvə razılaşması üzərində mənfi atmosfer meydana gətirər, eyni zamanda tərəflər arasında etimadın sarsılmasına səbəb olar”. Öz növbəsində, S. Lavrov vurğulayıb ki, Rusiya ilə İran arasında regional və beynəlxalq sahədə çox yaxşı əməkdaşlıq var: “Cenevrə razılaşmasının şərhi məsələsində İranla Rusiya arasında heç bir ixtilaf yoxdur. Rusiya İranın nüvə fəaliyyətlərinə dəstək verir. Çünki Rusiyanın xarici siyasətinə və beynəlxalq qanunlara görə nüvə enerjisinin əldə olunması üçün uranın zənginləşdirilməsi qanunidir”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info