ABŞ Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər
Tarix: 13.12.2013 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


ABŞ hökuməti Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər. “RİA Novosti”nin məlumatına görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.
“Bütün addımlar nəzərdən keçirilir, o cümlədən sanksiyalar. Lakin hələlik qiymətləndirmə yekunlaşmayıb, qərarlar qəbul olunmayıb” - deyə o, vurğulayıb. Psaki qeyd edib ki, Ukraynanın Avropaya inteqrasiya yolu ilə getməyə hələlik imkanı var. Bu arada ukraynalı oliqarx, keçmiş prezident Leonid Kuçmanın yeznəsi Viktor Pinçuk Kiyevin Müstəqillik Meydanında mitinq keçirənlərə dəstək verib. İş adamı bildirib ki, aksiyada iştirak edənlər 2004-cü ildə olduğu kimi, dinc və konstruktiv həll yolu tapmaq üçün nə etmək lazım olduğu yönündə həm biznesmen, həm də vətəndaş kimi onu düşünməyə vadar ediblər. V. Pinçukun fikrincə, aksiyanın başlıca nailiyyəti budur ki, Ukrayna vətəndaş cəmiyyəti öz gücünü göstərib: “Söhbət təkcə ondan getmir ki, insanlar konkret siyasi razılaşmanın lehinə seçim ediblər. Əsas odur ki, vətəndaşlar azad şəkildə öz mövqelərini formalaşdıraraq bunu ifadə edirlər. Heç bir şey bundan daha güclü ola bilməz. Bu, ölkəmizin gələcəyi üçün məndə çox böyük nikbinlik yaradır”. Qeyd edək ki, yəhudi əsilli V. Pinçuk Ukraynanın ən zəngin iş adamlarından biridir. Yeri gəlmişkən qeyd edək ki, Gürcüstan parlamenti 68 səslə Ukraynada baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. Bəyanatın mətnini deputatlara Avrointeqrasiya məsələləri üzrə parlament komitəsinin sədri, “Gürcü Arzusu”ndan olan deputat Viktor Dolidze təqdim edib. Bəyanatda Gürcüstan parlamentinin Ukraynada vətəndaşlara qarşı güc tətbiq edilməsindən narahatlığı ifadə edilib, Rusiya və digər dövlətlərin Ukraynanın daxili işlərinə müdaxilə etmək hüququna malik olmadığı vurğulanıb. “Gürcüstan parlamenti Ukrayna xalqına azad seçkilər uğrunda mübarizədə öz həmrəyliyini nümayiş etdirir. Biz Ukrayna xalqının Avropa və Avroatlantik ailəsinin tamhüquqlu üzvü olmaq istəyini dəstəkləyirik. Mövcud problemlərə baxmayaraq, Ukrayna və Gürcüstan beynəlxalq demokratik məkanda layiqli yer tutacaq” - deyə bəyanatda qeyd olunub. Gürcü deputatları Ukraynanın siyasi liderlərinin mövcud vəziyyətdən xalq üçün faydalı bir çıxış yolu tapacağına ümid etdiyini bildirib.






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info