Rusiyanın miqrasiya qanunlarını pozan əcnəbilərin ölkəyə girişi qadağan olunacaq
Tarix: 13.12.2013 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Putin: Dövlət əcnəbilərin nə üçün və hansı müddətə
ölkəyə gəldiyini bilməlidir”


Rusiya prezidenti Vladimir Putin ölkənin miqrasiya qanunvericilini pozmuş əcnəbilərin ölkəyə girişinin qadağan olunması təklifi ilə çıxış edib. Qadağanın müddəti 3 ildən 10 ilə qədər ola bilər. “Rossiya 24” telekanalının məlumatına görə, V.Putin bu təklifi Federasiya Şurasına müraciətində irəli sürüb.
O deyib ki, əcnəbilərin RF-yə girişi üzərində nəzarəti gücləndirmək lazımdır: “Dövlət əcnəbilərin nə üçün və hansı müddətə ölkəyə gəldiyini bilməlidir”. Bununla yanaşı, Putin bildirib ki, keçmiş SSRİ respublikaları ilə əlaqələri kəsmək olmaz. Rusiya prezidenti hesab edir ki, əcnəbilər təhsil və səhiyyə sistemlərindən yararlanmaq üçün Rusiyanın dövlət büdcəsinə vergi ödəməlidir.
Rusiya Avrasiya İqtisadi Birliyi haqda müqaviləni 2014-cü il mayın
1-nə qədər razılaşdırmağı planlaşdırır

Rusiya Avrasiya İqtisadi Birliyi haqda müqaviləni 2014-cü il mayın 1-nə qədər razılaşdırmağı planlaşdırır. Sənəd daha sonra Rusiya, Belarus və Qazaxıstan parlamentlərinin təsdiqinə veriləcək. Bunu Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasında çıxışında deyib. O bildirib ki, hazırda Qırğızıstan və Ermənistanın Gömrük İttifaqına qoşulması üçün işçi qruplar “yol xəritəsi” hazırlayır: “Əminəm ki, Avrasiya inteqrasiyasının real nailiyyətləri digər qonşularımızın, o cümlədən ukraynalı tərəfdaşlarımızın buna marağını yüksəldəcək”.
V.Putin qeyd edib ki, Ukrayna Kiyevdəki aksiyalara qədər Gömrük İttifaqının müxtəlif sazişlərinə qoşulmağa maraq göstərib: “Cari ilin mayından etibarən Ukrayna “üçlüyün” bütün görüşlərində, müzakirələrdə müşahidəçi qismində iştirak edir və dəfələrlə Gömrük İttifaqının ayrı-ayrı sazişlərinə marağını dilə gətirib. Mən çox ümid edirəm ki, Ukraynanın bütün siyasi qüvvələri xalqın maraqları naminə razılığa gələ biləcəklər”.
Rusiya prezidenti Vladimir Putin vahid dövlət imtahanı təcrübəsini Rusiyadan xaricə - MDB ölkələrinə yaymağı təklif edib. “Rossiya 24” telekanalının xəbərinə görə, bu barədə V.Putin Federasiya Şurasına illik müraciətində bildirib. Prezidentin fikrincə, əcnəbi məktəblilər rus dili imtahanını Rus Dili Mərkəzlərinin bazasında yerli məktəblilərlə birlikdə verməlidir. O, abituriyentlərin cəlb olunması üçün Rusiya və MDB ölkələri arasında orta məktəb təhsili haqqında attestatların qarşılıqlı tanınması haqqında sazişlər imzalanmasını təklif edib: “Bütün bunlar MDB ölkələrinin istedadlı gənclərinə Rusiya ali məktəblərinə daxil olmaq imkanı verəcək.”
Qorqud





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info