Siyəzəndə inşa müsabiqəsi
Tarix: 13.12.2013 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Siyəzənin ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda inşa müsabiqəsinə yekun vurulub.
Müsabiqə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsi tərəfindən təşkil olunub. Yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq ruhunun yüksəldilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqədə rayonun 9 tam orta məktəbindən 54 şagird iştirak edib. Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi Siyəzəndəki Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ulu öndərin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar. Daha sonra ən yaxşı inşa yazıları oxunub. Münsiflər heyətinin rəyinə əsasən I yerə Ülviyyə Hüseynova, II yerə Aytən Cabbarova, III yerə isə Dünya Niftəliyeva və Aytən Mursaquliyeva layiq görülüblər. İnşa müsabiqəsində yüksək yer tutmuş şagirdlər rayon Gənclər və İdman idarəsi və YAP Siyəzən rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info