Ulu öndər Həştərxan vilayətində yad edilib
Tarix: 13.12.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Rusiya Federasiyasının Həştərxan vilayətində də yad edilib. Həştərxanda ümummilli liderin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Həştərxan şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin möhtəşəm abidəsi önündə keçirilmiş anım mərasimində Həştərxan vilayəti və şəhərinin rəhbərliyi, iş adamları, diaspor təmsilçiləri, “AMOR”un Həştərxan bölməsinin üzvləri, ictimaiyyət nümayəndələri, bu şəhərdə yaşayan həmvətənlərimiz və tələbələrimiz iştirak ediblər. Anım mərasimində çıxış edənlər ulu öndərin dahi şəxsiyyət olduğunu vurğulayıb, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrin əhəmiyyətindən danışıblar. Natiqlər Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətlərini sadalayıb, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.
Çıxışlarda həmçinin qeyd olunub ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Belə ki, bu gün Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir. Eyni zamanda həmin gün Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin akt zalında məktəb kollektivinin və şagirdlərinin iştirakı ilə ümummilli liderin anım mərasimi keçirilib.
Anım tədbirində çıxış edən məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər Heydər Əliyevin fəaliyyəti, SSRİ və Azərbaycanın tarixində unudulmaz rolu haqqında məlumat veriblər.
Eyni zamanda onlar Azərbaycan və Həştərxan vilayəti arasında mövcud səmərəli ikitərəfli əməkdaşlıq, o cümlədən həyata keçirilən genişmiqyaslı layihələrdən məlumat veriblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info