“Baku Steel Company”də anım mərasimi
Tarix: 13.12.2013 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


“On ildir ki, ulu öndər Heydər Əliyev aramızda yoxdur. Ancaq bu nadir tarixi dühanın bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan onun milli tariximizdə unudulmaz və əbədi iz qoyduğunun parlaq nümunəsidir. Xalqımız, böyüklüyünü Heydər Əliyev kimi dahi şəxsiyyət yetişdirməklə sübut edib”.

Bu fikirlər “Baku Steel Company” MMC-də ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş mərasimdə səslənib. Çıxış edən “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov deyib ki, ümummilli liderin əbədiyyətə qovuşmasından 10 il ötsə də onun əməlləri yaşayır: “Bu gün bizim çalışdığımız, ölkə iqtisadiyyatına dəyərli töhfələrini verən “Baku Steel Company” MMC də ulu öndər Heydər Əliyevin ideyasının məhsuludur. Azərbaycanda metallurgiya sənayesinin yenidən bərpası bizi “Simens” kimi dünya metallurgiya nəhəngləri ilə tərəfdaş edib, zavodda aparılan islahatlar, yenidənqurma işləri sona çatıb, istehsal gücü 1 milyon 100 min ton olan yeni zavod qurulub. İndi 5 min nəfərin çalışdığı şirkətdə yeni layihələrin həyata keçirilməsi, istehsal edilən məhsulların çeşidinin artırılması, daxili bazarda keyfiyyət əmsalının yüksəkliyi, ixrac edilən məhsulların ildən-ilə çoxalması, əcnəbi şirkətlərin ölkə daxilindəki zavodlarla sıx ünsiyyətə can atması metallurgiya sahəsində illər öncə yaranmış durğunluğun artıq geridə qaldığını bir daha sübut edir. Bunların hamısı onu göstərir ki, ulu öndərin müəllifi olduğu zəngin idarəçilik fəlsəfəsinə sadiq qalan İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi dövrdə ölkəmizdə sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verməkdədir”. Digər çıxışlarda da bildirilib ki, Azərbaycanı yenidən quran ümummilli lider xalqa inkişaf edən, demokratik, müstəqil bir dövlət miras qoyub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info