Uşaq əlilliyinin erkən aşkarlanması
Tarix: 13.12.2013 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Dekabrın 13-də Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə “Uşaq əlilliyinin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilələr” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə səhiyyə işçiləri, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi masada çıxış edən UNICEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Raşed Mustafa, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, “Azərsun Holdinq” şirkətlər qrupunun bölmə rəhbəri Afiq Səfərov və başqaları ölkəmizdə uşaq əlilliyinin erkən aşkarlanması və profilaktikası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıblar.
Çıxışlarda vurğulanıb ki, uşaqlıq dövrünə xas əlillik hallarının erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi ehtimal olunan qüsurların aradan qaldırılması üçün həyati əhəmiyyət kəsb edir.
Sonra Bakı Baş Səhiyyə İdarəsinin nəzdində yaradılmış işçi qrupu tərəfindən hazırlanmış “Uşaq əlilliyinin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilələr konsepsiyası”nın təqdimatı olub.
Dəyirmi masa konsepsiya ətrafında müzakirələrlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info