Əhməd Cömərt: “Güclü Azərbaycan - güclü Türkiyə deməkdir”
Tarix: 13.12.2013 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Bakıda 2-ci “Sağlamlıq turizmi və işbirliyi günləri” adlı tədbir keçirilir. Tədbirdə Türkiyədən olan 18 klinika, səhiyyə sahəsində çalışan təşkilat, eyni zamanda Azərbaycanın səhiyyə müəssisələri öz xidmətlərini tədbir iştirakçılara və qonaqlara təqdim ediblər.
Tədbirin əvvəlində çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin konsulu Meral Barlas qonaqlara tədbir barədə məlumat verib və Türkiyədə səhiyyə sahəsində əldə olunan uğurlardan danışıb. Onun sözlərinə görə, Türkiyə ilə qonşu ölkələrin vətəndaşları son illər ərzində məhz Türkiyədə müalicə almağa üstünlük verirlər. Buna səbəbi kimi M.Barlas Türkiyədə ixtisaslaşmış cərrahların, həkimlərin xidmətinin yüksək səviyyədə olduğunu göstərib.
Daha sonra çıxış edən Türkiyə səhiyyə nazirinin məsləhətçisi Əhməd Cömərt bildirib ki, hər il Türkiyədə fəaliyyət göstərən tibb müəssisələri yeni və qabaqcıl avadanlıqla təchiz olunur, göstərilən xidmət ildən ilə yaxşılaşır: “Ötən il Türkiyədə orqanların transplantasiyası ilə bağlı 4000 cərrahiyə əməliyyatı keçirilib, 500 mindən çox xarici vətəndaş ölkəmizdə müalicə alıb”.
Ə.Cömərt eyni zamanda Türkiyə ilə Azərbaycan arasında səhiyyə sektorunda əməkdaşlığın genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd edib: “Güclü Azərbaycan - güclü Türkiyə deməkdir. Biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik”. Çıxışlardan sonra qonaqlar tədbirdə iştirak edən tibb müəssisələrinin təqdim etdiyi xidmətlərlə tanış olmaq imkanı qazanıblar. Tədbir dekabrın 14-də sona çatacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info