Mingəçevir şəhərində “Gənclərin İnkişaf Akademiyası” təşkil olunub
Tarix: 13.12.2013 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin İnkişaf Akademiyası” layihəsi çərçivəsində Mingəçevir şəhərində növbəti tədbirlərə başlayıb.
Tədbirlərin keçirilməsində məqsəd müxtəlif şəhər və rayonlardan olan gənclərin ictimai və digər sahələrdə inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdən ibarətdir.
Mingəçevir şəhərində həyata keçirilən tədbirlər, bir neçə mərhələdə icra olunacaq. İlkin mərhələdə “Gənclərin İnkişaf Akademiyası” yaradılacaq, onun strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcək. İkinci mərhələdə isə yaradılmış akademiya vasitəsilə gənclərin inkişafına yönəlmiş müvafiq işlərin aparılması nəzərdə tutulub.
Artıq, layihə çərçivəsində nəzərdə tutulan bir neçə regionda sözügedən tədbirlər başa çatıb. Hazırda həmin regionlarla yanaşı, Mingəçevir şəhərində də gənclərin iştirakı ilə sosial aksiyalar, tədbirlər, müsabiqə və yarışlar, mədəni və idman tədbirləri təşkil olunur. Bunlarla yanaşı, həftə sonlarında layihə iştirakçıları ilə aktiv gənc liderlərin, deputatların, media rəhbərləri və digər tanınmış simaların görüşləri keçirilir.
Layihə rəhbəri Qızılgül Teyyubovanın verdiyi məlumata görə, yaradılan Akademiya Mərkəzin Mingəçevir Regional Ofisində fəaliyyət göstərəcək. Artıq bununla bağlı zəruri şərait də yaradılıb.Onun sözlərinə görə, gənclərin inkişafına yönələn bu layihə çərçivəsində beynəlxalq təcrübədən də geniş istifadə olunur, gənclərlə aparılan işlərin məzmun və formasında yeniliklər tətbiq olunur.
Günəş




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info