İsa Həbibbəyli: “Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra AMEA-ya yeni həyat verildi”
Tarix: 13.12.2013 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


“O zamankı hakimiyyət akademiyanı bağlamağı təklif edirdi. Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verildi. Ona dövlət statusu verildi. Akademiya milli elmlər akademiyası statusunu ulu öndər Heydər Əliyevin sərəncamı ilə qazanıb”. Bunu “Trend”ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologyia elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik İsa Həbibbəyli bildirib.
Heydər Əliyevin dünya miqyasında qəbul olunmuş böyük şəxsiyyət olduğunu deyən İ.Həbibbəylinin sözlərinə görə, AMEA-nın tarixində Heydər Əliyevin xüsusi yeri olub: "Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında Heydər Əliyevin çox yüksək xidmətləri var. AMEA özünün ən yüksək inkişaf dövrünü Heydər Əliyevin birinci hakimiyyəti illərində yaşayıb. Müstəqilliyin ilk illərində isə AMEA-da enmə prosesləri müşahidə olunub".
Heydər Əliyevin hakimiyyəti illərində alimlərin əməyinin qiymətləndirildiyini deyən İ.Həbibbəyli ümummilli liderin akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini söyləyib. Akademik bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Heydər Əliyevin siyasətini bütün sahələrdə, o cümlədən akademiyaya olan münasibətdə davam etdirir.
İ.Həbibbəyli bildirib ki, Heydər Əliyev zamanında gündəmə çıxarıla bilməyən tədqiqatlara da dəstək verib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə 40 ilə yaxın bir epoxanın lideri kimi bu dövləti, cəmiyyəti və xalqı irəliyə aparıb. Azərbaycanda elə bir sahə olmaz ki, orada Heydər Əliyevin rolu, böyük zəhməti, xidməti olmasın. İlk növbədə qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan ziyalılarının nailiyyətlərini həmişə yüksək qiymətləndirib. Heydər Əliyev ən ciddi tədqiqatlara, bəlkə də zamanında gündəmə çıxarıla bilməyən tədqiqatlara dəstək verib. Ziya Bünyadov, Abbas Zamanov, Xudu Məmmədov kimi, prinsipləri sovet rejimləri ilə heç də uyğun gəlməyən, tədqiqatları da birmənalı qarşılanmayan alimlərimizə böyük dəstək verib. Xalq şairi Bəxtiyar Vahabzadəyə göstərilən münasibəti buna misal göstərmək olar".




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info