Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları
Tarix: 13.12.2013 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Dekabrın 13-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı, ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları” mövzusunda konfrans keçirilmişdir.
Konfransı Energetika Nazirliyinin nümayəndəsi Ramiz Rzayev dövlət satınalmalarında xüsusilə yeni binaların tikintisinə diqqət yetirilməklə enerji səmərəliliyi üzrə siyasi təlimatlara dair “Yol xəritəsi”nin təqdim edildiyini bildirib. Bu “Yol xəritəsi” maraqlı tərəflər üçün əsas vəzifələri əks etdirir və onların gələcək fəaliyyətlərində mühüm əhəmiyyətə malik olacaq.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov müzakirəyə çıxarılan məsələnin ictimai əhəmiyyətindən bəhs edib, inşa edilən dövlət əhəmiyyətli binalarda enerji sisteminin quraşdırılmasının müasir dünyada aktual problemə çevrildiyini nəzərə çatdırıb.
Konfransda ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay enerji səmərəliliyi ilə bağlı atılan addımların zəruriliyindən söz açıb. Qeyd olunub ki, Azərbaycanda enerjidən səmərəli istifadə etmək üçün həm maddi, həm də qanunverici baza var. ATƏT isə öz növbəsində Azərbaycanda infrastruktur layihələrinin inkişaf etdirilməsi üçün müvafiq təşkilatlara dəstək verməyə hazırdır.
Tədbirdə Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayevanın “Azərbaycanda enerji səmərəliliyi: perspektivlər və problemlər” mövzusunda məruzəsi dinlənilib.
Həmçinin Təmiz İstehsal və Enerji Səmərəliliyi Mərkəzinin direktoru professor Nəriman Rəhmanov, ATƏT-in eksperti Stanislav Kolar, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin təmsilçisi Azər Xanlarov və digərləri mövzu ilə bağlı məruzə etmiş və tövsiyələrini veriblər.
Konfransda Strateji Araşdırmalar Mərkəzi və ATƏT-in Bakı ofisi tərəfindən hazırlanmış Azərbaycanda ictimai binalarda enerji səmərəliyinin artırılması üçün həyata keçirilən dövlət siyasətinə dair araşdırmanın təqdimatı olub.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info