“Mətbəxi olmayan xalq millət kimi formalaşa bilməz”
Tarix: 14.12.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Tahir Əmiraslanov: “400 km radiusda bitən, qaçan, yetişən
qidanı yemək lazımdır”


Müsahibimiz Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, professor Tahir Əmiraslanovdur:

- Tahir müəllim, bu gün dünya mətbəxində bizim kulinariyamızın qiyməti necə ölçülür?
- Ümumiyyətlə, dünyada mətbəxləri nəyə görə dəyərləndirirlər? Əsas mövzu bu sualdan doğur. Çünki ta qədim zamanlardan dünya mətbəxlərinə qiymət verilib. Məsələn, Çin mətbəxindən danışsaq, görəcəyik ki, Tailand, Birma, Koreya mətbəxi Çin mətbəxinin təsiri altındadır. Avropaya nəzər yetirsək, görərik ki, Fransa mətbəxinin təsiri altındadır. Ermənistan mətbəxinin 99 faizi, gürcü mətbəxinin 60-70 faizi Azərbaycan mətbəxidir. Bizim ölkəyə gələn xalqlar məsələn, ərəblər milli təamlarımızdan götürüblər. Türk mətbəxinin tacı da Azərbaycan mətbəxidir.
Tarixə nəzər salsaq, fransız alimi Mondeqno yazır ki, “biz xaç yürüşlərindən sonra, xörək bişirməyi və yemək yeməyi türklərdən öyrəndik. O zamana kimi bizdə mətbəx yox idi.”
Təəssüf ki, Rusiyanın tərkibinə qatıldıqdan sonra bizim mətbəx mədəniyyətimiz yalnız sovet xalqlarının mətbəxlərinə təsir edə bildi və qırağa çıxa bilmədi. Məsələn, bir sıra milli xörəklərimizi erməni mətbəxinə, gürcü mətbəxinə yazdılar.
Ancaq, mən bu sahə üzrə ermənilərlə mübarizə aparmağa başladım. SSRİ Kulinariyası Assosiasiyasını yaratdıq və mən həmin assosiasiyada təbliğat şöbəsinin rəisi oldum. Daha sonra Azərbaycanda Milli Kulinariya Assosiasiyası yaratdıq. 1992-ci ildə Azərbaycan, sovet məkanında Dünya Kulinariya Təşkilatları Birliyinə daxil olan birinci ölkə oldu. Lakin həmin təşkilata Rusiyanı qəbul etmədilər. 1994-cü ildə Rusiyanı biz, yəni Azərbaycan qəbul etdirdi. 1993-cü ildən Rusiya Kulinariya Assosiasiyasının vitse-prezidentiyəm. Ukraynanı, Özbəkistanı, Qazaxıstanı, Türkiyəni, Serbiyanı, Belarusu və başqa ölkələri biz təşkilata qəbul etdirdik. Türkiyədə ilk kulinariya dərnəyini qurduq. 1998-ci ildə Xalq Yaradıcılıq Təşkilatına daxil olduq. 2000-ci ildə mən Ənənəvi Qida Komitəsinin müavini seçildim, 2002-ci ildən onun sədrliyini edirəm. Bu da Azərbaycanın nəyə qadir olduğunu göstərir. Mətbəxi olmayan xalq millət kimi formalaşa bilməz.
1990-cı ildə Azərbaycan Dünya Kulinariya Təşkilatları Birliyinə qəbul olub, 85 il ərzində 90 ali mükafatın sahibi olub. Bu mükafatlara türk dünyasında və sovet ərazisində birinci və hələ ki mən layiq görülmüşəm. Bu bizim xalqa olan dəyərdir. Dubayda Dünya Kulinariya Təşkilatları Birliyinin sədrini seçəndə 37 səs lazım idi. 37 səsin 25-ini Azərbaycan verdi. Bu da bizim bacarığımızı və gücümüzü göstərir. Mən əlimi qaldıranda başqa ölkə nümayəndələri də əllərini qaldırdılar. Mən endirəndə hamı endirirdi. Bu da gücümüzün bir sübutudur. Əgər Türkiyə boyda bir dövlət 85 yaşlı olan bir təşkilata daxil ola bilməyibsə və biz 1992-ci ildə bu təşkilata üzv olub, 2008-ci ildə Türkiyəni üzv etmişiksə, demək ki, bu, bizim xalqın qüdrətli kimliyini açıq-aydın şəkildə bəyan edir. Bizim təşkilat rəsmi olaraq 1991-ci ildə yarandı və bir il sonra Dünya Kulinariya Təşkilatları Birliyinə üzv oldu.
Müqayisə üçün qeyd etmək olar ki, Malta bunun üçün 8 il, Yaponiya 6 il vaxt sərf edib. Mərhum dostum Qobzeb Rusiyanın bu təşkilata üzv olması üçün Bill Klintonla görüşdü və Rusiyanı bu təşkilata qəbul etmədilər. 1994-cü ildə biz Rusiyanı təşkilata qəbul etdirdik. Burada bizim gücümüz var və çox yaxşı görünür. İlk dəfə 1993-cü ildə mətbəximizi tanıtmağa başladıq. Bu günə kimi keçirilən konfranslarda, çempionatlarda, mətbəx günlərində və bu kimi bir çox tədbirlərdə milli kulinariyamızın təbliğində müvəffəq oluruq. Bununla da dünyanın bir çox ölkələrində bizi tanıyırlar, hörmət edirlər və bizlə hesablaşırlar.
Dünya mətbəxində milli xörəklərimizi tanıtmaq üçün isə ilk növbədə özümüz öz xörəklərimizi bilməliyik. Hələ ki Azərbaycan dövləti öz mətbəxini tanımayıb. Ancaq dünyada ilk dəfə bizdə mədəniyyət qanununun içərisinə mətbəxin milli irs olduğu haqqında bənd salındı. 2000-ci ildə H.Əliyevin verdiyi tapşırıqda da milli mətbəxin milli irs kimi qorunub saxlanması barədə tapşırıq verildi. Bu il də qanuna düşdü. Hal-hazırda parlamentdə kulinariya ilə bağlı ayrıca qanun üzərində çalışılır. Dünya hələ bu sahə üzrə çalışa bilmir. Şübhəsiz ki, hər sahə də olduğu kimi bu sahədə də birinci biz olmalıyıq. Bizim xalqa ancaq başda olmaq yaraşar.
Mədəniyyət və turizm nazirinin tapşırığı ilə 4000-dən çox xörək seçmişik və milli irs siyahısına 1500-ünü vermişik. Qalanlarının üzərində iş gedir və rayonlardan da toplanılır. Bu milli irs kimi tanınandan sonra buna müəllif hüququ alınacaq. Bunun üçün bizə xüsusi hüquqlar verilməlidir ki, biz xalqın adından müəlliflik edə bilək. Daha sonra beynəlxalq standartlara cəlb olunacaq və tədris sisteminə salınacaq. Təəssüf ki, Azərbaycanda bir dənə də olsun ixtisaslaşdırılmış kulinariya məktəbi yoxdur. Baxmayaraq ki, dövlətimiz, xalqımız bu sahədə mütləq üstünlüyə malikdir. Əlbəttə xüsusi məktəb yaradılmalıdır. 1991-ci ildən qərar var, təəssüf ki, yerinə yetirilmir.
Bu sahədə elmi-tədqiqat institutu və yaradıcılıq laboratoriyaları olmalıdır. Məsələn, şəkərburanı və paxlavanı naxışlayan aparatlar lazımdır. Azərbaycan mətbəxini göstərmək üçün canlı muzeylər olmalıdır. 23 il ərzində bir dəfə də olsun Ermənistan heç bir dünya çempionatına, konqresə, tədbirlərə dəvət olunmayıb. Biz bunlara da nail olduq.
Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasının iştirakçısı oldum. 20 il bundan qabaq düşünməzdim ki, Azərbaycanın sədrlik edəcəyi UNESCO-da mənim nazirim əlində çəkic UNESCO-nun nizamnaməsinin qaydalarını qəbul edəcək. Bu çox böyük fəxrdir.
- Gənclərimizin kulinariyaya qarşı həvəsini necə görürsünüz?
- Gənclərdə həvəs çox böyükdür. Bu sənəti biz tanıtdıq və gənclərin də marağına səbəb oldu. Peşə məktəblərində konkurs, institutlardan daha çoxdur. Bu sahəyə daha çox oğlanlar maraq göstərir. Həmçinin bu gün gənclərimizin bir çoxunu bəzi verilişlər korlayır. Gəncin biri soğan doğramağı, kartof bişirməyi öyrənən kimi, onu televiziyaya çıxarırlar. Beləliklə, gənc aşpazlar şou-verilişlərdə iştirak edib, sənətlərindən uzaqlaşırlar. Ucuz şöhrətə üstünlük verirlər. Hesab edirəm ki, parlamentdə kulinariya ilə bağlı qanunu qəbul edildikdən sonra bir çox şeylər dəyişəcək. Ümid edirəm ki, bu sahənin bir məktəbi də mütləq yaradılacaq.
- Azərbaycan kulinariyasının xalqın sağlamlığına hansı təsiri var?
- Millət Azərbaycan mətbəxindən ye sə, sağlam olacaq. Kardiologiya İnstitutunda təqiqatlar aparıldı və kardioloqlar belə bir nəticə çıxardılar ki, milli xörəklərlə qidalanan adamların ürək xəstəlikləri daha tez sağalır. Bizim xörəklərin sağlamlığa təsiri böyükdür. Nəinki qarışıq və yaxud Avropa yeməklərinin təsiri. Ona görə də biz gənclərə sağlam qidalanmanı tövsiyə edəndə dədə-baba yolu ilə qidalanmağı məsləhət edirik. 400 km radiusda bitən, qaçan, yetişən qidanı yemək lazımdır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info