“Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm veririk”
Tarix: 14.12.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Rumıniyanın Baş naziri Viktor Ponta Azərbaycan Prezidentini təbrik edib:
“Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.
Bu il iyunun 27-də Bakıya səfərim zamanı Sizinlə keçirdiyim görüş Rumıniya-Azərbaycan münasibətlərinin dinamikasının artması baxımından böyük əhəmiyyət daşıyır. Apardığımız müzakirələr enerji və nəqliyyat sahələrini əhatə edən Strateji Tərəfdaşlığın əsasında iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsi üçün böyük imkanlar yaratmışdır. Həmin müzakirələr, eyni zamanda, Azərbaycanın Rumıniyaya yeni sərmayələr qoyması baxımından da böyük əhəmiyyətə malikdir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Rumıniya Mərkəzi Asiya və Avropa arasında malların daşınmasında tranzit potensialından istifadə etmək üçün Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa böyük önəm verir. Qara dəniz və Xəzər dənizi arasında yükdaşıma nəqliyyat dəhlizi layihəsi buna əyani sübutdur. Əminəm ki, bu birgə layihələr, o cümlədən Birgə İqtisadi Komissiyanın işinin yekunları iqtisadi münasibətlərimizin potensialından bəhrələnməyə töhfə verəcək. Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, ölkələrimiz arasındakı yüksək səviyyəli dialoq daha da inkişaf edəcək.
Hörmətli cənab Prezident, əminəm ki, Rumıniya ilə Azərbaycan arasında münasibətlərin dinamik inkişafı bundan sonra da davam edəcək”. Latviya Respublikasının keçmiş Prezidenti Valdis Zatlers və Latviyanın keçmiş birinci xanımı Lilita Zatlere də Prezidenti təbrik ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info