“ABŞ Azərbaycanı daha çox dəstəkləməlidir”
Tarix: 14.12.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“The Christian Science Monitor”: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu mövqeyi Birləşmiş Millətlər Təşkilatı dəstəkləyir”

ABŞ-da çıxan “The Christian Science Monitor” qəzetində ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi, milli təhlükəsizlik üzrə müşavirinin müavini, professor Nensi Soderberqin “ABŞ-ın və onun müttəfiqlərinin maraqları üçün həyati əhəmiyyətli vəsilə kimi Azərbaycanı daha çox dəstəkləmək lazımdır” sərlövhəli məqalə dərc olunub.
Amerika siyasətçisi ABŞ Administrasiyasına müraciət edərək, onu Azərbaycanda əsas məsələlərin həllində - enerji bazasının inkişafında, o cümlədən Avropaya qaz kəməri layihəsinin reallaşdırılmasında, demokratik islahatların həyata keçirilməsində və Ermənistan ilə münaqişənin həllində fəallıq göstərməyə çağırır. N.Soderberq yazır ki, ötən əsrin 90-cı illərindən başlayaraq ABŞ-ın əsas məqsədi Avropaya qaz nəqlinin şaxələndirilməsinə dair layihələri inkişaf etdirmək olub və bu gün həmin layihə Cənub qaz dəhlizi vasitəsilə həyata keçirilir. Bu qaz kəməri Xəzər regionundan Avropaya qaz nəqlini təmin edəcək. N.Soderberq qeyd edir ki, Əfqanıstanda Amerika qoşunlarına maddi-texniki dəstək göstərən, o cümlədən uçuşlara şərait yaradan Azərbaycan ABŞ-ın etibarlı müttəfiqidir. Azərbaycan İsrailin idxal etdiyi neftin 40 faizini təmin edir. Cənubi Qafqaz regionunda sabitliyə təhlükə olan Dağlıq Qarabağ münaqişəsinə də toxunan N.Soderberq yazır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu mövqeyi Birləşmiş Millətlər Təşkilatı dəstəkləyir. ABŞ-ın tərəfləri sülhə gətirə biləcəyini vurğulayan N.Soderberq yazır: “Problemin həlli nə qədər uzansa, region və ABŞ-ın maraqları üçün risk bir o qədər çoxdur”. N.Soderberq sonda ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında və regionda sülhün bərqərar edilməsində daha fəal olmağa çağırıb. 1997-2001-ci illərdə ABŞ-ı BMT-də təmsil edən Nensi Soderberq 1993-1997-ci illərdə Prezident Bill Klintonun administrasiyası dövründə Ağ Evdə milli müşavirin müavini olub. O, nüfuzlu diplomat və Beynəlxalq Münasibətlər Şurasının üzvüdür.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info