“Avropa Ukraynanın daxili işlərinə müdaxilə etməməlidir”
Tarix: 14.12.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Rusiya XİN rəhbərinin müavini Aleksey Meşkov Yunanıstan XİN rəhbəri Evangelos Venizelosla keçirdiyi görüşündə “Şərq tərəfdaşlığı” mövzusuna toxunaraq Rusiyanın Ukraynanın daxili işlərinə müdaxilə edilməməsinin vacibliyinə dair mövqeyini izah edib:
“Biz tərəfdən Ukraynanın daxili işlərinə müdaxilə edilməməsinin vacibliyi növbəti dəfə vurğulanıb. İmkan vermək lazımdır ki, ukraynalılar öz seçimini müəyyən etsinlər. Bizim bəzi tərəfdaşlarımız Ukrayna mövzusunda çıxışlarını azaltmalıdır. Bizim üçün daha vacib məsələ Avropanın ən zəruri iqtisadi problemlərinin həlli yollarını müəyyən etməkdir. Bu cür problemlər isə meydanlarda yox, məhz Avropanın iqtisadi böhrandan çıxış yollarını müəyyən edəcək ciddi danışıqlar masasının arxasında həll olunur”. Meşkov həmçinin “Şərq tərəfdaşlığı”na üzv olan dövlətlərin əksəriyyətinin MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduğunu xatırladıb və bu onlarla bu formatlar çərçivəsində yüzlərlə çoxtərəfli müqavilələrin olduğunu qeyd edib: “Bu ölkələrlə münasibətləri sıfırdan qurmaq, mənim fikrimcə, yanlış olar. Bütün bu məqamları nəzərə almaq və bu ölkələrin maraqları çərçivəsində addım atmaq daha vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info