Bakıda gənclərin beynəlxalq ekoloji forumu başlayır
Tarix: 16.12.2013 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Dekabrın 17-də ölkəmizdə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə daha intensiv təkan vermək məqsədi ilə Bakıda "Bir birimizdən öyrənirik" Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin gənclərinin beynəlxalq ekoloji forumu keçiriləcək.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, forum "MDB ölkələrinin 2013-2014-cü illərdə humanitar sahədə əməkdaşlığına dair prioritet tədbirlər planı"nın 2.2 yarımbəndinə uyğun olaraq həyata keçirilir.
Gənclər və İdman Nazirliyi ilə yanaşı, tədbirin rəsmi tərəfdaşları kimi "İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq)" İctimai Birliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyi çıxış edirlər.
Beynəlxalq forumda MDB üzv dövlətlərindən 50-yə yaxın gənc ekoloqun iştirakı gözlənilir. Tədbir çərçivəsində eyni zamanda, Azərbaycanda həyata keçirilən ekoloji layihələrin təqdimatlarının aparılması da planlaşdırılır. Forumun işçi dili rus dilidir.
Tədbir zamanı "Ekologiya sahəsində əhalinin maarifləndirilməsi", "Tullantılardan davamlı istifadə", "Eko-təşəbbüslər", "Vəhşi təbiətin mühafizəsi", "Xüsusi mühafizə olunan ərazilər" və s. mövzularda sessiyalar, qrup işləri və təqdimatlar aparılacaqdır. Forumun yekununda "MDB ölkələrində ekoloji mədəniyyət və ətraf mühitin mühafizəsi ilinin" yekunlaşdırılması ilə bağlı qətnamənin qəbul edilməsi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info