ARGTMŞ Avropa İttifaqının layihəsini reallaşdıracaq
Tarix: 16.12.2013 | Saat: 14:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycanda Avropa İttifaqının "Youth In Action" - "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində növbəti layihəsini reallaşdıracaq.
Şuradan verilən məlumata görə, "Sülhə gedən yollar" adlı layihə 11-19 may 2014-cü il tarixlərində Azərbaycanda həyata keçiriləcək. 10 ölkədən 30 nümayəndənin iştirak edəcəyi beynəlxalq layihədə 5 Avropa İttifaqı dövlətləri və 5 Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyəti iştirak edəcək.
Layihənin məqsədi gənclərin sülh quruculuğunda və konfliktlərin həllində vasitəçiliyini, onların bu istiqamətdə gedən proseslərdə iştirakını daha yaxından təmin etməkdir.
Bununla yanaşı, layihə çərçivəsində müxtəlif ölkələrdən olan gənclər qrup işləri çərçivəsində sülh quruculuğu və konfliktlərin həlli mövzusunda müxtəlif istiqamətlərdə müzakirələr keçirəcək. Eyni zamanda iştirakçılara Azərbaycan mədəniyyətinin nümayiş etdirilməsi məqsədilə müxtəlif tədbirlər təşkil ediləcək.
Xatırladaq ki, ARGTMŞ Aİ-nin "Youth In Action" proqramına 2013-cü ildə qoşulub. ARGTMŞ son 1 il ərzində tərəfdaş olaraq "Youth In Action" - "Gənclər Fəaliyyətdə" proqramının 25 beynəlxalq layihəsində iştirak edib. Layihələrdə 47 üzv təşkilat iştirak edib.
Bununla yanaşı, proqram çərçivəsində Azərbaycanda həyata keçirilən ilk layihə "Yaşıla Doğru" ("Go For Green") olub. ARGTMŞ, həmçinin 2013-ci ilin mart ayında Avropa Könüllük Xidməti (EVS - "European Volunteer Service") üzrə akkreditasiyadan keçib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info