Səudiyyə Ərəbistan Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa hazırdır
Tarix: 16.12.2013 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı Krallığının ingilis dilli “Saudi Gazette” nəşrində “Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa hazırdır” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə dekabrın 10-da Bakı Biznes Mərkəzində keçirilmiş birinci Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu haqqında ətraflı məlumat verilir. Vurğulanır ki, forumda çıxış edən Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından razı qaldığını vurğulayıb, Azərbaycanda müşahidə edilən dinamik iqtisadi artımın əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu baxımından faydalı olduğunu bildirib.
Yazıda qeyd olunur ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Forumda bu barədə danışan Əbdüllətif bin Əhməd Əl-Osman iki ölkə arasındakı əməkdaşlıqdan da söz açaraq deyib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa hazırdır. Məqalədə həmçinin bildirilir ki, Baş İnvestisiya Qurumunun rəhbəri ölkəsinin iqtisadiyyatı barədə məlumat verərək azərbaycanlı iş adamlarını Səudiyyə Ərəbistanına dəvət edib.
“Saudi Gazette” nəşrinin digər bir məqaləsi “Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında protokol imzalanıb” sərlövhəsi ilə dərc olunub. Bu məqalədə dekabrın 11-də Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının 3-cü iclasından bəhs olunur. Məlumat verilir ki, Müştərək Komissiyanın həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman tərəfindən imzalanmış yekun Protokoluna əsasən, iki ölkə arasında iqtisadi-ticarət və investisiya, sənaye və energetika, kənd təsərrüfatı, bank və maliyyə, mədəniyyət və turizm, təhlükəsizlik, idman və gənclik, elm və təhsil, səhiyyə, mətbuat, hava əlaqəsi sahələrində əməkdaşlığın və hüquq-müqavilə bazasının genişləndirilməsi nəzərdə tutulur.
Yazıda Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, Müştərək Komissiyanın həmsədri Şahin Mustafayevin iclasdakı çıxışına da geniş yer verilir və bildirilir ki, azərbaycanlı nazirin fikrincə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mehriban dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Nazir bu fikrini iki ölkə arasında indiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-dan çox sənədin imzalanması, ticarət dövriyyəsinin həcmindəki müsbət dinamika ilə əsaslandırıb.
Məqalədə Azərbaycanda fəaliyyət göstərən Səudiyyə Ərəbistanı kapitallı 6 şirkət tərəfindən ölkə iqtisadiyyatına 368 milyon ABŞ dolları həcmində investisiya yatırıldığı, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar olduğu, iş adamlarının iştirakı ilə müntəzəm biznes forumların və sərgilərin keçirilməsinin vacibliyi barədə iclasda səsləndirilmiş məlumat və fikirlər də əksini tapır.
Məqalədə, həmçinin vurğulanır ki, Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Müştərək Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd Əl-Osman iclasda çıxış edərək ölkələrimizi ümumi dəyərlər və qədim tarixin birləşdirdiyini və Səudiyyə Ərəbistanının Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdırıb. Səudiyyə Ərəbistanının Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edən həmsədr komissiyanın ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını söyləyib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini paylaşıb. “Saudi Gazette” öz məqaləsində bu fikirləri də oxucuların diqqətinə çatdırır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info