Gənclər İctimai Birliyi Gəncə şəhərində daha bir beynəlxalq layihə həyata keçirir
Tarix: 16.12.2013 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gəncə şəhərində 10 günlük “Avropalı gənclik üçün insan hüquqları təhsili” adlı Beynəlxalq layihə həyata keçirir.
İctimai Birliyin ictimaiyyətlə əlaqələr üzrə əlaqələndiricisi Sevinc Məmmədova bildirib ki, dekabrın 13-dən 23-dək olan müddəti əhatə edən layihədə 6 Avropa ölkəsinin (Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Bolqarıstan, Almaniya) gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.
Təlim kursunun əsas məqsədi gəncləri Avropada insan hüquqları ilə bağlı vəziyyətlə bağlı fikirlərini acıq şəkildə ifadə etmək üçün məlumatlandırmaq, diqqəti müasir Avropa cəmiyyətlərində ədalətsizlik və bərabərsizliyə yönəltməkdir. Həmçinin gəncləri Avropada insan hüquqlarının pozulması hallarına qarşı mübarizəyə fəal iştirak etməyə həvəsləndirməkdir.
Gənclər təlim kursunda Avropada İnsan hüquqlarının pozulması səviyyəsini müzakirə edərək bu sahədə məlumatları qeyri-formal təlim metodu ilə öyrənəcəklər. Eyni zamanda onlar Avropa cəmiyyətlərində sosial məsuliyyətli, bərabər və ədalətli olmağın əsaslarını öyrənməklə əldə etdikləri məlumatlar əsasında öz ölkələrində insan hüquqlarının müdafiəsini dəstəkləmək imkanından yararlanacaqlar.
Bu, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dekabr ayında həyata keçirdiyi sayca ikinci beynəlxalq layihədir. Hər iki layihənin iştirakçıları proqram çərçivəsində Gəncənin “Avropa Gənclər Paytaxtı- 2016” müsabiqəsində qələbəsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətində gənclərlə keçirilən görüşdə iştirak etmiş, rəy və təkliflərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info