Azərbaycan İtaliya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq
Tarix: 16.12.2013 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsi tərəflər arasında strateji tərəfdaşlıq haqqında saziş imzalamağa imkan verir”. Məlumata görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Xarici İşlər Nazirliyində bu sənəd üzərində iş gedir: "İtaliya hazırda Azərbaycan neftinin böyük hissəsinin alıcısıdır, müvafiq olaraq ölkənin əsas ticari-iqtisadi tərəfdaşlarından biridir".
N.Əliyev bildirib ki, tərkib hissəsi Trans-Adriatik qaz kəməri olan "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə İtaliyanın 2 şirkəti də Azərbaycan qazının alıcılarından biri olacaq: "Bununla da enerji sektorunda tərəflər arasında əməkdaşlıq daha da möhkəmlənəcək".
Nazirin sözlərinə görə, İtaliya şirkətləri ölkənin enerji sektorunda iştirak etməklə yanaşı, həmçinin digər sahələrdə, o cümlədən tikinti sektorunda təmsil olunublar: "Buna misal olaraq "Codest İnternational" və "İmpreza" şirkətlərini göstərmək olar. Bu sektorlardan savayı tərəflər arasında sosial və nəqliyyat sahələrində əməkdaşlıq üçün imkan var".
N.Əliyev bildirib ki, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlıq Azərbaycan üçün də sərfəli olacaq: "Bu, qeyri-neft sektorunun inkişafı yolunda əhəmiyyət kəsb edir".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info