Nazir: “Dərsliklərin keyfiyyəti ilə bağlı addımlar atılmalıdır”
Tarix: 16.12.2013 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın (derslik.edu.az) təqdimatında çıxışı zamanı bildirdi ki, bu gün dərsliklərin hazırlanması prosesi texnoloji nöqteyi-nəzərdən müəyyən qüsurlara malikdir: “Belə ki, dərslik hazırlanan kimi biz bunu təhsil sisteminə və məktəbə təhvil veririk. Amma texnoloji nəzərdən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən prezidentin müvafiq sərəncamına əsasən həyata keçirilən dərsliklərin monitorinqi dərslik istifadəyə veriləndən sonra deyil, onun istifadəyə verilməsinin bir tərkib hissəsi kimi həyata keçirilməlidir”. Nazir bildirdi ki, TQDK tərəfindən dərsliklərin monitorinqi dərsliklərin istifadəyə verilməsinin tərkib hissəsi olaraq həyata keçirilsə, bu, resursların daha səmərəli istifadəsinə gətirib çıxara bilər. Nazirin sözlərinə görə, dərsliyin məzmunu ilə çapı məsələləri bir-biri ilə uyğunlaşmalıdır. Dərslikləri hazırlayan müəlliflərin daha çox həvəsləndirilməsinin vacibliyindən danışan nazir bildirib ki, bu gün faktiki olaraq tətbiq olunan sistem yalnız qalib dərslik müəllifinin hüququnun və zəhmətinin tanınaraq müvafiq qonorarların ödənilməsindən ibarətdir: “Bu kimi yanaşma heç də dərslik müəlliflərinin çoxluğuna və alternativliyinə xidmət etmir. Biz bu məsələ barədə düşünməliyik. Bir neçə dərsliyi ayrı-ayrı müəllif qrupu hazırlayırsa, burada müəyyən mənada asılılıq yaranır. Biz də bu asılılıqdan heç bir halda razı deyilik”.
M.Cabbarov onu da qeyd etdi ki, bu gün və daimi olaraq dərsliklərin ümumi keyfiyyətinin təkmilləşdirilməsi üçün addımlar atılmalıdır. Onun sözlərinə görə, bu sahədə birinci məsələ təhsil sistemindən kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə malik olan müəlliflərin müəyyənləşdirilməsi, həvəsləndirilməsidir: “Yalnız elmi biliklərə malik olan müəlliflərin bu işdə olması kifayət etmir. Burada bir çox ixtisaslaşmış mövzular ortaya çıxır. Bunlara uşaq psixologiyası, onun müvafiq yaşından asılı olaraq qavramaq qabiliyyətindən başlayaraq dərsliklərdə vizual yanaşmalar, müəlliflərin bu gün tətbiq olunan məzmun (kurikulum) tələbləri, standartların tanışlığı ilə onların çatdırılmasına qədər, dərsliklərin təhlili prosesində təhsil alanın, valideynin, müəllimin və ya ekspertin fikri ilə dərslik müəllifinin fikri arasında ziddiyyət təşkil edə bilən məsələlər daxildir. Bu hər hansı bir dövlət məmurunun, qurumunun əmri əsasında həyata keçirilə bilərmi? Bu sualın cavabını siz məndən də yaxşı bilirsiniz”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info