Müharibə və əmək veteranları Heydər Əliyev Mərkəzində olub
Tarix: 16.12.2013 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Müharibə və əmək veteranlarından ibarət nümayəndə heyəti Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzindən bildirilib ki, müharibə və əmək veteranları əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Veteranlara muzey barəsində, burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan haqqında toplanmış foto və videomateriallar, müxtəlif eksponatlar barədə məlumat verilib.
Bildirilib ki, 2013-cü il may ayından fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyatı və Azərbaycanın müxtəlif dönəmlərini əks etdirən foto-videomateriallar, unikal eksponatlar sərgilənir. Buradakı hər bir eksponat Heydər Əliyev irsinin və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Veteranlara Muzeydə Heydər Əliyevin uşaqlığı, orta və ali məktəbdə təhsil aldığı illər, Sovetlər dönəmindəki siyasi fəaliyyəti və müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edən bölmələr, eləcə də burada nümayiş olunan media-arxiv barəsində məlumat verilib. Qeyd edilib ki, Muzey uşaqdan böyüyə hər bir kəsin-yerli sakinlər və qonaqlar arasında böyük marağa səbəb olub.
Veteranlar Muzeydə Azərbaycan tarixi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin yaşadılmasının gələcək nəsillər üçün əhəmiyyətli olduğunu xüsusi qeyd ediblər.
Qonaqlar daha sonra Heydər Əliyev Mərkəzi, buradakı sərgi zalları ilə də tanış olublar
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info