Macar deputat:“Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir”
Tarix: 16.12.2013 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Macarıstan parlamentinin deputatı Tamaş Qaudi-Nad bəyanatla çıxış edərək, Dağlıq Qarabağın “müstəqil dövlət” xarakteristikasını rədd etmiş və birmənalı olaraq bu regionu “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tərkib hissəsi ” adlandırıb. Macarıstan deputatının fikrincə, “Azərbaycan ərazisinin 20 faizinin bundan sonra da işğal altında qalması yolverilməzdir. Bu fakta dözmək olmaz, dünya birliyi və beynəlxalq təşkilatlar isə Ermənistanı Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxmağa məcbur etməlidirlər”.
T.Qaudi-Nad Xankəndidə oturan faktiki hakimiyyəti “heç bir legitimliyi olmayan hakimiyyət adlandırıb, çünki etnik təmizləmələr səbəbindən onun formalaşmasında yerli elektoratın üçdəbir hissəsi iştirak etməyib”.
Öz mövqeyinə aydınlıq gətirən deputat deyib: “Dağlıq Qarabağdan və ətraf rayonlardan köçkünlər təkcə öz evlərinə qayıtmaq deyil, hətta doğmalarının məzarlarını ziyarət etmək imkanından məhrumdurlar. Şübhəsiz ki, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasını, habelə müstəqil dövlətə təcavüz olunmasını və onun işğalını qadağan edən BMT Nizamnaməsini pozaraq onlara qarşı etnik təmizləmə aparılıb”.
Macarıstan siyasətçisi Dağlıq Qarabağ regionunda faktiki hakimiyyət orqanlarının legitimliyinin dərəcəsi məsələsinə qayıdaraq deyib ki, doğma yurd-yuvalarından qovulması səbəbindən Azərbaycan icmasının regionda fiziki yoxluğu, habelə Ermənistanın onların öz evlərinə qayıtmasına, demokratik hakimiyyət təsisatlarının formalaşması prosesində iştirak etməsinə icazə verməməsi şəraitində vaxtaşırı olaraq Dağlıq Qarabağda keçirilən hər hansı seçki qanuni, azad və demokratik sayıla bilməz. “Aydın məsələdir ki, Qarabağdan və ətraf rayonlardan qovulmuş bütün məcburi köçkünlər formal olaraq həmin ərazilərin sakinləri sayılır və işğala tezliklə son qoyulandan sonra öz evlərinə qayıdıb yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak etməlidirlər. O vaxta qədər Ermənistan burada seçkiləri imitasiya etməməlidir, çünki bura Azərbaycanın ərazisidir, əvəzində BMT qətnamələrinə əməl edib işğala son qoymalıdır”.
Deputat onu da bildirmişdir ki, bir müddət əvvəl Azərbaycana səfər etmiş, qaçqınlar düşərgələrində olub və hətta Qarabağdan olan bir müəllimənin ailəsinin yaşadığı evə dəvət olunub, ermənilər tərəfindən qovulmaları və Ermənistan hərbi qulluqçularının onlara qarşı törətdikləri hərbi cinayətlər barədə bir çox azərbaycanlı qaçqının söhbətlərini dinləyib.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info