Aleksey Sergeyev: “MDB ölkələri Azərbaycanın seçki təcrübəsini öyrənməlidir”
Tarix: 16.12.2013 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Dekabrın 16-da Milli Məclisdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminar işə başlayıb. Seminar Azərbaycan Milli Məclisi və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (PAA) tərəfindən təşkil edilib. Tədbirdə MDB ölkələrinin parlamentlərinin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, seçki qanunvericiliyi sahəsində mütəxəssislər iştirak edir.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov tədbirin açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun seminar iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda qeyd edilir ki, seminarın keçirilməsi həm təcrübə mübadiləsi, həm də müasir elektoral proseslərin təhlili baxımından böyük əhəmiyyət kəsb edir. Spikerin məktubunda deyilir: “Qısa müddətdə MDB ölkələrində seçki mexanizmlərində islahatlar aparılıb, bu ölkələr dünya təcrübəsindən bəhrələnərək daim seçki sistemini təkmilləşdirməyə çalışırlar”. Oqtay Əsədov qeyd edir ki, Azərbaycanda Seçki Məcəlləsi qəbul ediləndən sonra azad seçkilər keçirilməsi üçün qanunvericilik bazası yaradılıb, seçki komissiyası formalaşdırılıb. Bu komissiya seçki qanunvericiliyinin normativləri və tələbləri əsasında fəaliyyət göstərir. Spiker vurğulayır ki, ölkəmizdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi fasiləsiz prosesdir. Azərbaycanda Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi bunun əyani göstəricisidir.
Seminarın açılışında MDB Parlamentlərarası Assambleya Şurasının sədri Valentina Matviyenkonun məktubu da oxunub.
MDB PAA-nın baş katibi Aleksey Sergeyev çıxışında vurğulayıb ki, MDB ölkələri seçki proseslərinin açıq keçirilməsinə can atırlar, bu sahədə zəngin təcrübəyə malik olan Avropa dövlətlərinin praktikasından istifadə edirlər. Baş katib qeyd edib ki, seminar MDB ölkələrinin seçki qanunvericiliyinə dair mövqelərinin yaxınlaşmasına, bütövlükdə seçki prosesinin təkmilləşdirilməsinə xidmət edəcək. A.Sergeyev deyib: “Seminarın keçirilməsi üçün Bakının seçilməsi təsadüfi deyil. Azərbaycanda bu yaxınlarda yüksək səviyyədə keçirilmiş Prezident seçkiləri bu ölkədə qanunvericilik prosesinin böyük inkişaf yolu keçdiyi dəlalət edir. Bunu nəzərə alaraq Birliyin üzvü olan digər ölkələrin də Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməsi faydalı olardı. Seminar iştirakçıları bu məqsədlə Azərbaycan Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə tanış olacaqlar”.
İki gün davam edəcək seminarda Avropa və MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı, seçkilərin monitorinqində qeyri-hökumət təşkilatlarının iştirakı, elektoral qanunvericiliyin tətbiq edilməsi mövzularına aid məruzələr dinləniləcək, Birliyin üzvü olan müxtəlif ölkələrin seçki sistemləri müzakirə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
25.06.2019
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info