Azərbaycanda “Aktiv Qadınlar Şəbəkəsi“ təsis edildi
Tarix: 16.12.2013 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


On aydan çoxdur ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İKGF, ARM) və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) "Gənc qadınların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu" mövzusunda layihə həyata keçirir.
Layihə çərçivəsində ölkənin yeddi bölgəsi - Bakı və Gəncə şəhərləri, Sumqayıt, Lənkəran, Quba, Zaqatala və Şamaxı rayonlarında yaşayan və dini icmaların üzvləri olan gənc qadın və qızlar üçün cəmiyyətimizdə qadın hüquqlarına aid olan problemlər, qadınların ictimai sektorda iştirakının vacibliyi, onların bütün sahələrdə, xüsusilə də cəmiyyət üçün həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması, qızların təhsil problemləri, eləcə də kiçik biznes sahəsində qadınların iştirak fəallığının stimullaşdırılması ilə bağlı maarifləndirici təlimlər keçirilib, gənc qadınların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu araşdırılıb.
Layihənin rəhbəri və ABİA-nın sədri Sevinc İsgəndərova dekabrın 16-da keçirilən mətbuat konfransında bildirib ki, bundan sonra sözügedən layihə təsis olunmuş "Aktiv Qadınlar Şəbəkəsi" çərçivəsində davam etdiriləcək. Belə ki, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə şəbəkəyə cəlb edilən qadınlar müxtəlif peşə ixtisaslarına yiyələnmək imkanları əldə edəcəklər. İlk olaraq şəbəkə çərçivəsində qadınların cəmiyyətdə aktivliyinin artırılması və kiçik biznes sahəsində iştiraka təşviq etmək üçün onlara bu regionlarda xalçaçılıq, dərzilik və mühasibat kursları keçiriləcək. Şəbəkə çəçivəsində gənc qadınlar və qızlar müxtəlif yerli və beynəlxalq təlim və tədbirlərdə iştirak etmək şansı qazanacaqlar.
TİKA-nın Azərbaycan üzrə təmsilçisi Mustafa Haşim sözügedən şəbəkənin təqdimatında bu layihəyə verəcəkləri dəstəkdən, layihənin muasir zamanda əhəmiyyətindən danışıb, eləcə də bu layihənin Azərbaycanın bütün bölgələrində həyata keçirilməsini tövsiyə edib. İKGF ARM-nin direktoru Elçin Əsgərov və DQİDK-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli təmsil etdikləri qurumların layihəyə verdikləri dəstəkdən və bu sahədə gələcəkdə həyata keçiriləcək planlardan bəhs ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info