Strasburq meriyasının saytında Nizami Gəncəvi haqqında məlumat
Tarix: 16.12.2013 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Strasburq meriyasının internet səhifəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi haqda məqalə yerləşdirilib.
Azərbaycanın Fransadakı səfirliyindən verilən məlumata görə, məqalədə bildirilir ki, Strasburqun Reyn sarayında “XII və XXI əsrləri birləşdirən universal körpü” layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Alzas bölgəsinin mədəniyyət məsələləri üzrə regional idarəsi və Strasburq Universitetinin kitabxanası tərəfindən təqdim olunan sərgi üç ay müddətində tamaşaçıların üzünə açıq olacaq:
“Sərgidə Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş əsərləri ilə yanaşı, üzərində şairin poemalarının motivləri əsasında illüstrasiyaların əks olunduğu xalçalar, orta əsrlər Şirvanşahlar və Atabəylər dövrünə məxsus məişət əşyaları, pul vahidləri, qədim geyim nümunələri, saxsı qablar, gümüş məmulatlar, habelə şairin doğulub yaşadığı Gəncə şəhərinin qədim görüntüləri və müasir fotoları nümayiş etdirilir”.
Məqalədə sərginin vaxtilə Romada, Sankt-Peterburqda, Moskvada, Pekində və digər şəhərlərdə uğurla nümayiş olunduğu, aradan səkkiz əsrdən çox keçməsinə baxmayaraq şairin poemalarının öz aktuallığını itirmədiyi bildirilir. Qeyd olunur ki, Nizami Gəncəvinin əlyazmaları dünyanın bir çox nəhəng kitabxanalarında, o cümlədən Fransa Milli Kitabxanasında, Strasburq Universitetinin kitabxanasında, Londonun, İstanbulun, Vaşinqtonun, İranın kitabxanalarında, Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır. Yazıda Azərbaycandakı ədəbiyyat muzeyinin Nizami Gəncəvinin adını daşıdığı, Gəncədə onun şərəfinə mavzoley ucaldıldığı, şairin həyat və yaradıcılığından bəhs edən filmin çəkildiyi, onun 870 illiyi ilə əlaqədar 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncam imzaladığı, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən əsərlərinin çap edildiyi və sərgidə nümayiş olunduğu da vurğulanır. Qeyd olunur ki, sərgi Azərbaycanı fransızlara yaxından tanıtmaq baxımından müstəsna əhəmiyyət daşıyır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info