Belarus Avropa Birliyi ilə münasibətləri normallaşdırır
Tarix: 16.12.2013 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


“Belarus Avropa Birliyi ilə münasibətləri normallaşdırmaq üçün istənilən addımı atmağa hazırdır”. “RİA Novosti”nin xəbərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Fransa, İspaniya və Niderland səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, münasibətlərin normallaşdırılması sahəsində Belarusa irad bildirmək doğru deyil: “Eyni zamanda AB-nin də Belarusla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu görürəm. Biz tərəfdən heç bir maneə yoxdur. Hazırda top AB-nin meydanındadır. Sıx məskunlaşmış Avropa qitəsi üçün bizim çoxlu təhlükələrimiz var. Gəlin, bu təhlükələrə birgə sinə gərmək barədə düşünək. Bu, həm sizin, həm də bizim marağımızdadır. Bir-birimizdən uzağa qaça bilmərik, mehriban qonşuluq şəraitində yaşamağa məhkumuq”.
Qeyd edək ki, Belarusla AB-nin münasibətlərində son illər gərginlik müşahidə olunur. AB münasibətlərin normallaşması üçün bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir, rəsmi Minsk isə ölkədə siyasi məhbus olmadığını bəyan edir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info